14:57 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


01:25 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ÜDM keçən ilin eyni dövrünə nisbətən 1,1 faiz artıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:08 28.08.2011

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul ayları ərzində ölkədə 26,5 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. ÜDM-in həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,1 faiz artıb.

Əhalinin hər nəfərinə düşən ÜDM həcmi 2936,5 manat olub. İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni vaxtı ilə müqayisədə 8,5 faiz artıb, neft-qaz hasilatı və emalı sahələrində isə 5,9 faiz azalıb.

Bu dövrdə sənayedə 14,2 milyard manatlıq, yaxud ümumi daxili məhsulun 53,4 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 1,6 milyard manatlıq, tikintidə 1,9 milyard manatlıq, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 1,9 milyard manatlıq, nəqliyyat və anbar təsərrüfatında 1,6 milyard manatlıq, turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində 349,7 milyon manatlıq, informasiya və rabitə xidmətlərində 451,2 milyon manatlıq, sosial və digər xidmət sahələrində isə 2,9 milyard manatlıq  əlavə dəyər istehsal olunub.

Məhsula və idxala xalis vergilər ÜDM-in 5,9 faizini təşkil edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM