07 Iyul 2021 00:29
555
İQTİSADİYYAT
A- A+

Tütün yığımına start verilib

 

Builki mövsümdə “Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 875,2 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.

Bir neçə gündür cəmiyyətə məxsus sahələrdə yaşıl tütün yarpağının dəriminə start verilib. İlk günlər Balakən, Zaqatala və Şəki rayonlarının tütün istehsalçıları tərəfindən cəmiyyətin Zaqatala rayonunda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə qurudulmaq üçün 44 ton 495 kiloqram yaşıl tütün kütləsi təhvil verilib.

Bu barədə AZƏRTAC-a “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib. Qurum rəsmisi bildirib ki, hazırda cəmiyyətin Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 4 tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərir. Tütün qəbulu məntəqələrində ümumilikdə 262 tütünqurutma kamerası quraşdırılıb. Bu kameraların üstün cəhəti odur ki, yaşıl tütün kütləsi sahələrdən birbaşa məntəqəyə gətirilir və qurudulmaq üçün kameralara qoyulur. Tütün istehsalçıları artıq yaşıl tütünün ipə düzülməsi kimi çətin, əziyyətli və vaxtaparan işdən azad olublar. Hər kameraya bir dəfəyə 8 ton yaşıl tütün kütləsi yerləşdirmək mümkündür. Tütünün qurudulması prosesi 7-8 gün çəkir. Bu proses başa çatdıqdan sonra quru tütün anbarlara yığılır və daha sonra emal olunmaq üçün zavoda göndərilir.

Şöbə müdirinin sözlərinə görə, tütün istehsalı ilə əlaqədar bu il həmin rayonlarda 130 fermerlə müqavilə bağlanılıb. Mövsümün ilk günlərində emal məntəqəsinə Balakən rayonu üzrə istehsalçılardan 30 ton 865 kiloqram, Şəki rayonu üzrə 7 ton, Zaqatala rayonu üzrə isə 6 ton 630 kiloqram yaşıl tütün kütləsi daxil olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video