18 Iyun 2021 01:16
1049
İDMAN
A- A+

“Turnirə böyük xəyallarla gəlmişdik”

 

“İki oyundan sonra xalımız yoxdur. Yekun nəticədə iki matçdan 0 xalımız var. Bizim üçün yaxşı nəticə deyil. Turnirə böyük xəyallarla gəlmişdik. İki oyuna pis başladıq. Sonra özümüzü ələ aldıq və oyuna ortaq olduq. Ancaq gözləmədiyimiz qol komandaya mənfi təsir etdi”. Bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş “Avro-2020”nin qrup mərhələsinin 2-ci turunda Uelsə 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“İkinci hissədə yaxşı oynasaq da, rəqib bizim meydana gəldi. Top itkilərimiz çox oldu. Rəqibə oynamaq şansı verdik və onlar təhlükə yaratdılar. Pis qollar buraxdıq. Pis oynadıq, amma yaxşı nəticə əldə edə bilərdik. Kaş qələbə qazana bilsəydik və ya heç-heçə etsəydik... Turnirdə ilk oyunda üç və indi iki qol buraxdıq. Uelsi məğlub edəcəyimizi düşünürdük. Digər matçlara baxmalıyıq, amma buraxdığımız 5 qol yaxşı olmadı. Vəziyyətimiz pisdir, çətin durumdayıq”, - deyə o, bildirib.

Ş.Günəş İtaliya ilə görüşdəki məğlubiyyətin bu qarşılaşmaya da təsir etdiyini söyləyib: “İtaliya matçının şoku bu oyunda da davam etdi. Avropa çempionatı önəmli idi. Daha yaxşı oynayaraq qrupdan çıxmalı idik. Uels böyük üstünlük əldə etdi. Qələbə qazanmağı düşünürkən heç-heçə də edə bilmədik. Son matçdan əvvəl qol fərqi digər komandalarla müqayisədə pis görünür”.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video