29 May 2021 17:56
939
Məktublar
A- A+

TÜRKSOY-un Baş katibi Düsen Kaseinovdan


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Müdrik və ardıcıl siyasətiniz nəticəsində bu gün müstəqil Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni sahələrdə böyük nailiyyətlər qazanaraq regionda sülhün və əmin-amanlığın bərqərar olmasını təmin edib.

Zati-alinizin təşəbbüsü ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə yenidən təşkil olunan "Xarıbülbül" musiqi festivalı Azərbaycan xalqının mədəni və mənəvi zənginliyini bütün dünyaya növbəti dəfə nümayiş etdirdi. Festival, həmçinin Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə qorunmasının və çoxkonfessiyalı, çoxmillətli bir respublikada həmrəyliyin, rifahın və sabitliyin təsdiqinə çevrildi.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Zati-alinizin TÜRKSOY-a dəstəyini, Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərini, ümumtürk mədəniyyətinin təbliğində rolunu yüksək qiymətləndirir. Əmin ola bilərsiniz ki, TÜRKSOY üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək, ortaq dəyərlərimizi dünyada təbliğ etmək üçün səylərini layiqincə davam etdirəcək.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm.

Dərin hörmət və ehtiramla.

 

Düsen Kaseinov

TÜRKSOY-un Baş katibi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video