20 Sentyabr 2011 01:09
601
SİYASƏT
A- A+

TürkPA parlamentlərarası əməkdaşlığı davam etdirir

 

Sentyabrın 19-dan 25-dək TürkPA Katibliyinin dəstəyi ilə Qırğızıstan parlamentinin bir qrup əməkdaşı Türkiyə Böyük Millət Məclisində mübadilə proqramında iştirak edəcəkdir.

TürkPA Katibliyindən AzərTAc-a bildirmişlər ki, proqram çərçivəsində Qırğızıstan Parlamenti Aparatının əməkdaşları Türkiyə Parlamentinin Hüquq və dövlət quruculuğu, İnformasiya texnologiyaları daimi komissiyalarında, Beynəlxalq əlaqələr və protokol, Arxiv işləri, İqtisadi və Sosial qanunvericilik şöbələrində seminarlarda iştirak edəcəklər. Nümayəndə heyətinin Türkiyə Parlamenti Aparatının rəhbəri Sadettin Kalkan ilə görüşü  də nəzərdə tutulmuşdur.

Bu, türkdilli ölkələr arasında parlamentlərarası əməkdaşlığa xidmət edən TürkPA-nın dördüncü layihəsidir. Bundan əvvəl Azərbaycan, Türkiyə və Qazaxıstan parlamentləri arasında mübadilə proqramları uğurla keçirilmişdir.

TürkPA-nın Baş katibinin müavinləri Bektemir Ziyadinov və Kürşad Sarıarslan da layihədə iştirak edəcəklər. Layihənin maliyyə xərclərini Türkiyənin TİKA təşkilatı öz üzərinə götürmüşdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video