14 Iyun 2012 02:06
449
PARLAMENT
A- A+

TürkPA-nın III plenar sessiyası keçiriləcək

 

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Qırğızıstana səfər edib

 

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iyunun 14-dən 17-dək TürkPA-nın III plenar sessiyasında iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaq.

Səfərlə bağlı məlumat verən Milli Məclisin mətbuat katibi Akif Nəsirov qeyd edib  ki, nümayəndə heyətinin tərkibinə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin komitə sədri Nizami Cəfərov, deputatlardan Əhliman Əmiraslanov, Sevinc Hüseynova, Ülvi Quliyev, Çingiz Qənizadə, Sədaqət Vəliyeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Akif Nəsirovun sözlərinə görə, Türkdilli ölkələrin Parlament Assambleyasının sessiyasında  qurumun Beynəlxalq əlaqələr, sosial, mədəniyyət və humanitar məsələlər, İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyalarının hesabat məruzələri dinləniləcək, tövsiyə xarakterli qərarları müzakirə olunacaq və bir sıra təşkilati məsələlərə baxılacaq. Sessiya çərçivəsində TürkPA-nın beynəlxalq müşahidəçilər missiyasının Türkiyədə və Qazaxıstanda keçirilmiş parlament seçkilərinə, Qırğızıstanda prezident seçkilərinə dair məruzələri dinləniləcək. Sessiyanın yekununda Bişkek Bəyannaməsi qəbul ediləcək.

Tədbirdə Milli Məclisin Sədri Oqtay Əsədov çıxış edəcək, sessiyada iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə regional əməkdaşlığın perspektivləri, parlamentlərarası münasibətlərin daha da dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video