30 Avqust 2021 21:38
1206
DÜNYA
A- A+

Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur

 

Avqustun 30-u Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur. Türkiyə xalqının yaddaşına “bir millətin azadlıq günü” kimi həkk olunan 30 avqust tarixi hər bir türkün qürur mənbəyi, iftixar yeridir.

AZƏRTAC xəbər verir ki, 1919-cu ildə Anadolunun işğalı türk xalqının yaddaşına dərin izlər buraxıb. Düşmən qüvvələrin donanması İstanbulu zəbt edib. Fransız ordusu Adanada, ingilislər Urfa, Maraş, Samsun və Merzifonda, italyanlar Antalya və Anadolunun cənub-qərbində yerləşiblər. Müttəfiq qüvvələrin razılığı ilə 1919-cu il mayın 15-də yunan qoşunlarının İzmirə çıxması vəziyyəti daha da ağırlaşdırıb.

Mustafa Kamal Paşanın komandanlığı ilə yenidən milli-azadlıq mübarizəsinə qalxan mətanətli türk xalqı 1921-ci ildə Sakaryanı qəhrəmanlıqla qoruyub. Sakaryada 22 gün gecə-gündüz döyüşən türklər avqustun 23-də düşmənin irəliləməsinin qarşısını alaraq ona sarsıdıcı zərbələr vurublar. Bu savaşda türk ordusu geri çəkilməyib, düşmənin hücumlarının qarşısını igidliklə alıb.

Anadolunun düşməndən azad olunması uğrunda gedən növbəti savaşların başlanması da avqusta təsadüf edib. 1922-ci avqustun 26-da Mustafa Kamal Atatürkün komandanlığı ilə bütün cəbhə boyu hücuma keçmək əmri alan türk ordusu düşməni hər tərəfdən sıxışdırıb. Avqustun 30-da Kütahyanın işğaldan azad edilməsi düşməni vəlvələyə salıb. Düşmən bütün istiqamətlərdə geri çəkilməyə məcbur olub. Bu döyüşlər türk xalqının şanlı azadlıq tarixinin dönüş nöqtəsinə çevrilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video