16 Sentyabr 2011 07:09
533
SİYASƏT
A- A+

Türkiyənin «EkoAvrasiya» internet saytında Prezident İlham Əliyevin uğurlu xarici siyasəti haqqında məqalə dərc olunmuşdur

 

Türkiyədəki Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin  "EkoAvrasiya" internet saytında Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətindən bəhs edən geniş məqalə dərc edilmişdir. 

"İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın xarici siyasəti" başlıqlı məqalədə bildirilir ki, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsi geostrateji baxımdan yeni dünya xəritəsində böyük önəm daşıyır. Zəngin karbohidrogen ehtiyatları, əlverilşli coğrafi mövqe bütün dünyanın diqqətini bu regiona cəlb etmişdir. Belə bir şəraitdə, habelə Ermənistanın işğalçı siyasəti fonunda düşünülmüş xarici siyasət Azərbaycan üçün çox mühümdür. Müstəqilliyinin ilk illərində burulğana düşmüş xarici siyasət kursu 1993-cü ilin yayından başlayaraq balanslaşdırılmış bir istiqamətə yönəlmişdir. Bu, təcrübəli siyasət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev balanslaşdırılmış xarici siyasət xəttini uğurla davam etdirmiş, mövcud beynəlxalq vəziyyətə uyğun olaraq ona yeni nüanslar əlavə etmişdir.       

Balanslaşdırılmış xarici siyasətin əsas meyarlarının Azərbaycan dövlətinin bütün ölkələrlə sülh şəraitində yaşaması, problemlərin dinc yolla həlli, başqa dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi və beynəlxalq təşkilatlarda təmsil olunması olduğu vurğulanan məqalədə qeyd edilir ki, rəsmi Bakı regional və beynəlxalq əlaqələrdə aşağıdakı prinsiplər üzrə hərəkət edəcəyini müəyyənləşdirmişdir. Bunlar dövlətlərin qarşılıqlı surətdə bir-birinin müstəqilliyinə, siyasi, sosial və iqtisadi inkişaf strategiyasına hörmətlə yanaşılması; dövlətlərin sərhədlərinin zorla dəyişdirilməsinə, müstəqilliklərinin təhlükə altında olmasına izn verilməməsi, bununla bağlı meydana çıxan problemlərin sülh yolu ilə həll olunması; ikitərəfli sazişlərdə nəzərdə tutulan beynəlxalq hüquq normalarına əməl olunması; terror və dövlətlərin təhlükəsizliyini təhdid edən digər amillərə qarşı birgə mübarizə aparılması; qlobal problemlərin həllində birgə səylər göstərilməsidir.         

Müəllif qeyd etmişdir ki, dövlət başçısı İlham Əliyev istər seçkilər zamanı və andiçmə mərasimində, istərsə də vəzifəsinin icrasına başladıqdan sonrakı dövrdə bütün bəyanatlarında Heydər Əliyevin siyasi kursunu davam etdirəcəyini söyləmişdir. Azərbaycan Prezidenti vurğulamışdır ki, ölkə beynəlxalq arenada layiq olduğu mövqeyə çatmış, nüfuzunu artırmış, regionda həyata keçirilən bütün beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə və onun milli maraqlarına uyğun şəkildə reallaşdırılmışdır. Azərbaycanın xarici siyasətinin əsas məqsədlərindən biri qlobal və regional formatda əməkdaşlığın genişləndirilməsi və dövlətlərin daxili işlərinə qətiyyən müdaxilə edilməməsi olmuşdur.    

2007-ci il mayın 23-də qəbul olunmuş Milli Təhlükəsizlik Konsepsiyasında Azərbaycan Şərq və Qərbin birləşdiyi coğrafiyada yerləşən, Avropanın təməl dəyərlərini bölüşən və Avratlantik təhlükəsizlik strategiyasının ayrılmaz hissəsi, eyni zamanda, islam dünyasının bir parçası olan ölkə kimi dəyərləndirilmişdir. 

Məqalədə İlham Əliyevin xarici siyasətinin çoxşaxəliliyini göstərən mühüm amillərdən birinin də onun səfər etdiyi ölkələr olduğu bildirilir. Yalnız iqtidara gəldiyi ilk iki il müddətində Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan ölkələrə səfər etmiş, bütün danışıqlarda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və bu problemin həllini ön planda tutmuşdur. Prezident İlham Əliyev dəfələlərlə müxtəlif kürsülərdən vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır, lakin bu, bir nəticə verməzsə, digər yollar da istisna olunmur.  

Məqalədə İlham Əliyevin prezidentliyi dövründə Türkiyə-Azərbaycan əlaqələrinin də xarici siyasətin prioritet istiqamətlərindən olduğu qeyd edilir. İki qardaş ölkə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası yaradılmış, müxtəlif sahələrdə əməkdaşlıq daha da möhkəmlənmiş, nəhəng beynəlxalq layihələrə yeniləri əlavə olunmuşdur. Bununla yanaşı, türk dünyasının birliyi və diaspor təşkilatları arasında əməkdaşlıq da güclənmişdir. 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Ankara

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video