12 Iyun 2021 15:03
581
DÜNYA
A- A+

Türkiyənin 77 bölgəsində dəniz təmizləmə səfərbərliyi davam edir  

Türkiyənin Mərmərə dənizində yaranan selik təbəqəsinin təmizlənməsi məqsədilə qardaş ölkədə başladılan dəniz təmizləmə səfərbərliyi tam gücü ilə davam edir.

AZƏRTAC xəbər verir ki, “Mərmərə hamımızın” şüarı ilə aparılan təmizləmə işlərinin dördüncü günündə dənizdən ümumilikdə 1197,2 kubmetr selik təbəqəsi təmizlənib. Bu rəqəmin 218,7 kubmetri İstanbul, 95,5 kubmetri Kocaeli, 88 kubmetri Bursa olmaqla Mərmərə dənizinə sahili olan bütün yeddi vilayəti əhatə edir. İlk üç gün təmizləmə işləri bu vilayətlərin 52 fərqli bölgəsində aparılıb. Hazırda bu bölgələrə daha 25-i əlavə edilərək təmizlənən ərazi sayı 77-ə çatıb.

Xatırladaq ki, bu ilin fevral ayından etibarən Türkiyənin Mərmərə dənizində hər gün artan selik təbəqəsinin mənbəyinin araşdırılması məqsədilə qardaş ölkədə dəniz elmləri üzrə mütəxəssis qrupu tərəfindən tədqiqat aparılıb.

Layihə Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən həyata keçirilir.

İstanbulun müxtəlif sahillərindən Mərmərə dənizində köpük halında özünü büruzə verən bu qatı selik təbəqəsi dənizin daha çox dib hissələrində toplanır. Bu da dəniz canlılarının tələf olması ilə nəticələnir. Bundan əlavə, selik təbəqəsi ətrafda pis qoxu ilə də müşahidə edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video