13 Iyul 2021 00:36
956
Səhiyyə
A- A+

Türkiyəli psixoloqlar Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan 1800 şəxsə yardım göstəriblər

 

Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlara yardım məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Türkiyədən dəvət edilmiş peşəkar klinik-psixoloq və psixoterapevtlərin iyulun 12-də mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında jurnalistlərin suallarını FHN-in  Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Xanım Sofiyeva və Türkiyədən ölkəmizə gələn peşəkar klinik-psixoloq və psixoterapevtlərdən ibarət nümayəndə heyətinin rəhbəri Selçuk Demirtaş cavablandırıb.

Şöbə rəisi Xanım Sofiyeva bildirib ki, bu müddət ərzində ümumilikdə 1800 nəfərə yaxın Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü və erməni terrorundan zərər görmüş digər şəxslərə yardım göstərilib: “Bakı şəhəri ilə yanaşı, terrordan ən çox ziyan görmüş Gəncə və Bərdədə, həmçinin respublikanın cənub və şimal bölgələrini əhatə etməklə Lənkəran və Qəbələ şəhərlərində də müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlarımızın psixoterapevtik reabilitasiyası həyata keçirilib. Ümumilikdə, ötən müddət ərzində bütün regionlar üzrə FHN-in “112” Qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılmış 1800 nəfərə yaxın Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü və erməni terrorundan zərər görmüş digər şəxslərə 4 mindən çox psixoterapevtik seanslar təşkil edilməklə müvafiq yardımlar göstərilib”.

X.Sofiyeva qeyd edib ki, Türkiyə Respublikasından olan psixoloq mütəxəssislərin iştirakı ilə 2021-ci il iyulun 13-dən başlayaraq Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi, 79 ünvanında yerləşən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşlarımızın psixoloji reabilitasiyası işinə başlanılacaq. Ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” Qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.

Mətbuat konfransında çıxış edən Selçuq Demirtaşın dediyinə görə, psixoterapevtik reabilitasiyasının həyata keçirildiyi ilk iki ay olduqca ağır keçib: “Müharibədən dərhal sonra müraciət edənlərin əksəriyyətində şiddətli baş ağrıları, yuxusuzluq, gələcəyə ümidsiz yanaşma kimi stres halları müşahidə edilib. Şükürlər olsun ki, psixoterapevtik seanslar uğurla nəticələnib. Reabilitasiyadan keçən bir çox Vətən müharibəsi qazisi psixoloji sağlamlıqlarına qovuşublar. Əksəriyyəti iş həyatına qayıdıb, bəziləri isə hətta ailə qurublar. Lakin psixoterapevtik reabilitasiya üçün çox az şəhid ailəsi üzvü müraciət edib”.

Məlumata əsasən, bu günədək Gəncədə 225, Bərdədə 245, Lənkəran və Qəbələdə isə müvafiq olaraq 144 və 125 vətəndaş psixoloji yardım üçün qəbula yazılıb. Psixoloji yardımla bağlı müraciət edənlərin 60 faizi müharibə iştirakçıları, 20-25 faizi isə erməni terrorundan zərər görmüş digər şəxslərdir.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən 20 nəfərdən ibarət türkiyəli psixoloqlar heyəti Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlara yardım məqsədilə cari ilin yanvar ayında dəvət ediliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video