06 Yanvar 2012 12:01
294
SİYASƏT
A- A+

Türkiyədə parlamentin Xocalı soyqırımının tanınması və qondarma «erməni soyqırımı» var deyənlərin cəzalandırılması ilə bağlı qanunun qəbul edilməsi üçün kampaniya başlanmışdır

 

Türkiyədə bu ölkənin parlamentinin  Xocalı soyqırımının tanınması və qondarma "erməni soyqırımı" var deyənlərin cəzalandırılması ilə bağlı qanunun qəbul edilməsi üçün kampaniya başlanmışdır.

Kampaniyanın təşkilatçısı Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Asif Qurban bildirmişdir ki, dünya əsl həqiqətləri görməli və Ermənistanın Xocalıda törətdiyi soyqırımını tanımalıdır. Türkiyə Böyük Millət Məclisi bu məsələdə ilk addım atmalıdır. Eyni zamanda, Türkiyədə dövlət səviyyəsində "Erməni soyqırımı var deyənlər cəzalandırmalıdır" qanunu qəbul edilməlidir. Bunu inkar edənlər 18 ay müddətinə həbs olunacaq, yaxud 10000 türk lirəsi pul cəzası ödəyəcəklər. Bu vəsait isə şəhid ailələrinə verilə bilər.

Kampaniyanın üzvü olmaq istəyənlər http://www.ermeni-soykirimi-var-diyen-cezalansin.org/ saytında qeydiyyatdan keçə bilərlər.

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Ankara

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video