14 Fevral 2012 01:02
340
Mədəniyyət
A- A+

Türkiyədə «İlham Əliyev: Azərbaycan Prezidentinin portreti» kitabı türk dilində çapdan çıxmışdır

 

Yazıçı, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun və Viktor Andrianovun "İlham Əliyev: Azərbaycan Prezidentinin portreti" kitabı türk dilində çap olunmuşdur.

Kitabın türk dilinə tərcümə edilməsi və çap olunması  Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun dəstəyi ilə həyata keçirilmişdir.

Səfir F.Bağırov bildirmişdir ki, 2007-ci ildə Rusiyada çap olunmuş bu kitab böyük oxucu kütləsi tərəfindən maraqla qarşılandığı üçün  türk dilinə də tərcümə edilmişdir. Keçən ilin dekabrında Ankarada çap  olunan və Azad Ağaoğlunun tərcümə etdiyi bu əsər Türkiyədə Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən ilk kitabdır. 

Səfirlik dövlətimizin başçısının 50 illik yubileyi münasibətilə qardaş ölkənin ictimaiyyətinə tarixi faktlarla zəngin bu əsərin təqdim edilməsindən məmnunluq duymuşdur. 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Ankara

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video