05 Oktyabr 2021 16:26
986
DÜNYA
A- A+

Türkiyədə FETÖ terror təşkilatına qarşı irimiqyaslı əməliyyatlar keçirilir

 

Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti arasında FETÖ terror təşkilatı ilə əlaqəsi olanların aşkarlanması və saxlanılması istiqamətində əməliyyat tədbirləri davam edir.

AZƏRTAC xəbər verir ki, aparılan istintaq çərçivəsində FETÖ terror təşkilatı ilə müxtəlif vasitələrlə əlaqə saxlamaqda və ya təşkilata üzv olmaqda şübhəli bilinən daha 46 nəfərin yaxalanması üçün ölkənin 21 vilayətində əməliyyatlar keçirilir. Şübhəli bilinən şəxslər arasında hazırda Silahlı Qüvvələrdə fəaliyyətdə olan yüksək rütbəli zabitlər də var.

Həmin şəxslərdən bir neçəsi artıq saxlanılıb. Digər şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video