29 Sentyabr 2021 22:29
987
DÜNYA
A- A+

Türkiyə və Rusiya prezidentləri Soçi görüşünün nəticələrindən razı qalıblar

 

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Soçi şəhərində təxminən üç saat çəkən görüş başa çatıb.

AZƏRTAC xəbər verir ki, Rusiya və Türkiyə prezidentləri ticarət-iqtisadi əlaqələri, Cənubi Qafqazda, Suriya, Liviya, Əfqanıstanda vəziyyəti müzakirə ediblər.

Rusiya dövlətinin başçısı Vladimir Putin danışıqların məzmunlu keçdiyini bildirib. O, iki ölkə arasında ticarət dövriyyəsinin son 9 ay ərzində 55 faizdən çox artdığını, Türkiyənin Rusiya iqtisadiyyatına 1,5 milyard dollar, Rusiyanın isə Türkiyə iqtisadiyyatına 6,5 milyard dollar sərmayə yatırdığını bildirib. Rusiya lideri “Türk axını” boru xəttinin və “Akkuyu” AES-in inşasını iki ölkə arasında əməkdaşlığın müsbət göstəricisi kimi qiymətləndirib. Vladimir Putin tərəflərin Suriya və Liviyada vəziyyətlə bağlı uğurlu qarşılıqlı fəaliyyət göstərdiklərini də qeyd edib.

Rusiya Prezidenti Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəal işlədiyini, sabitliyə və sülhə yönəldilmiş gələcək addımlara dair mövqelərin razılaşdırılmasının ciddi əhəmiyyətə malik olduğunu da vurğulayıb.

Danışıqları məhsuldar adlandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində baş vermiş təbii meşə yanğınlarının söndürülməsində rusiyalı mütəxəssislərin rolunu qeyd edib, turizm sahəsində əlaqələrin genişləndiyini, “Akkuyu” AES-in birinci blokunun gələn il işə salınacağını bildirib.

Suriya probleminin həllində iki ölkənin əməkdaşlığının əhəmiyyətini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bu regionda sülhün bərqərar olmasının Türkiyə-Rusiya münasibətlərindən asılı olduğunu deyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video