22 Sentyabr 2021 12:42
433
DÜNYA
A- A+

Türkiyə və Gürcüstan liderləri Nyu-Yorkda Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

 

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Hökumət dəftərxanasından məlumat verilib.

Bildirilib ki, İrakli Qaribaşvili bu yaxınlarda Türkiyəyə dövlət səfərini xatırladıb və yüksək qonaqpərvərliyə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Görüşdə bölgədəki vəziyyət diqqət mərkəzində olub, tərəflər yaranmış sabitliyin region ölkələrinin hərtəfəli inkişafına geniş imkanlar yaratdığını qeyd ediblər.

İ.Qaribaşvili deyib ki, Gürcüstanın ən vacib məqsədi regionda sülh və sabitliyi dəstəkləməkdir. Gürcüstan Qafqaz regionunda uzunmüddətli sülh və sabitlik üçün sülhməramlı funksiyasını yerinə yetirməyə hazırdır.

Danışıqlar zamanı Gürcüstan baş nazirinin vasitəçiliyi və ABŞ-ın iştirakı ilə Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşma, bunun nəticəsində Ermənistan vətəndaşlarının sərbəst buraxılması və minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsi müzakirə edilib.

Qeyd olunub ki, bu saziş qonşular arasında gələcək əməkdaşlıq üçün yaxşı əsasdır.

Hökumət başçısı Prezident Ərdoğanın iki ölkə arasındakı strateji tərəfdaşlığı daha da dərinləşdirmək üçün səylərini xüsusi vurğulayıb, Gürcüstan-Türkiyə arasında siyasi və iqtisadi əlaqələrin genişləndirilməsinin prioritet olduğunu qeyd edib, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının ilin sonuna qədər keçiriləcəyinə ümid etdiyini bildirib.

Görüşdə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, regional əhəmiyyətli birgə layihələr səmərəli strateji tərəfdaşlıq, davamlı inkişaf və Gürcüstan ilə Türkiyə arasında etibarlı tərəfdaşlığın yaxşı nümunəsidir.

Görüş zamanı çoxtərəfli əməkdaşlığa da diqqət yetirilib. Üçtərəfli əməkdaşlığın Gürcüstan-Türkiyə-Azərbaycan formatına böyük önəm verildiyi qeyd edilib. Bu çərçivədə tərəflər müxtəlif sektorlarda geniş spektrli məsələləri müzakirə ediblər.

Baş nazir Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, habelə Avropa və Avroatlantik inteqrasiya prosesinə göstərdiyi şəxsi dəstəyə görə Prezident Ərdoğana bir daha təşəkkür edib.

Görüşün sonunda Baş nazir Nyu Yorkdakı “Türk Evini” ziyarət edib, Xatirə dəftərinə ürək sözlərini yazıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video