19 Iyun 2021 01:25
979
İDMAN
A- A+

Türkiyə qrupdan hansı hallarda çıxa bilər?

 

Türkiyə millisinin “Avro-2020”nin hər iki oyununda məğlubiyyəti komandanın qrupdan çıxmaq şansını çətinləşdirib. Daha doğrusu, türklər kiçik ehtimalla, yaxud möcüzə sayəsində 1/8 finala çıxa bilər.

Məlumdur ki, “ay-ulduzlular” Uelslə qarşılaşmadakı məğlubiyyətdən sonra ikinci yeri tutmaq imkanını əldən veriblər. İndi ümid yalnız ən yaxşı qrup üçüncüsü olmağa qalıb. Bəs qrup üçüncüləri 1/8 finala necə yüksələ bilər?

“Avro-2020”nin əsasnaməsinə görə, 6 qrupun hər birində ilk 2 yeri tutan komandalar “pley-off”a birbaşa vəsiqə əldə edir. Digər 4 vəsiqəni isə ən yaxşı qrup üçüncüləri qazanır.

Bu zaman nələr nəzərə alınır?

- Toplanan xal.

Bu zaman və sonra bərabərliklər olacağı hallarda isə ardıcıllıqla:

- Vurulan və buraxılan qollar arasındakı fərq;

- Vurulan qol sayı;

- Qələbə sayı;

- “Fair play” xalı (sarı vərəqə  - 1 xal, qırmızı vərəqə - 3 xal, iki sarı vərəqəyə görə “qırmızı vərəqə” - 3 xal);

- Nəhayət, seçmə mərhələnin yekununa əsasən, reytinqdəki mövqeyə üstünlük verilir.

Beləliklə, Türkiyə qrup üçüncüsü olmaq üçün son turda mütləq İsveçrəyə qalib gəlməlidir. Amma qələbə türklərə hələ növbəti mərhələyə getməyə təminat vermir. Çünki komanda 2 oyuna 5 qol buraxıb və 1 qol belə vura bilməyib. Hazırda Şenol Günəşin komandasının top fərqi mənfi 5-dir. Bu, hazırkı duruma görə Türkiyənin əleyhinə işləyən ən böyük amillərdən biridir.

Bir-iki top fərqli qələbə hələ 1/8 finala çıxmaq demək deyil. Türklər və digər qruplarda üçüncü yeri tutan komandalar da 3 xal toplayarsa, qardaş ölkə komandasının mübarizəni dayandırması ehtimalı yüksəkdir.

İndiki halda isə ümid daha çox onadır ki, Türkiyə son turda qalib gəlməklə 3 xal qazanmalı, 6 qrupun yekun nəticəsində 3-cü yeri tutan komandalardan 2-si isə maksimum 2 xal toplamalıdır. Bu halda türklər 1/8 finala adlaya bilər.

Amma bir gerçəklik unudulmamalıdır ki, qrupda son turda Türkiyə ilə oyun İsveçrə üçün də əhəmiyyətlidir. Məğlubiyyət İsveçrəni “Avro-2020”dən kənarda qoyacaq. Qələbə qazanacağı halda isə bu komandanın xalı 4 olur və 1/8 finala getmək şansı yüksəlir.

Qrupun digər görüşü İtaliya - Uels matçının nəticəsindən asılı olaraq İsveçrə “pley-off”a ya qrup ikincisi, ya da ən yaxşı qrup üçüncülərindən biri olaraq adlaya bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video