23:02 04 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə Prezidentinin tarixi Şuşa səfəri İran mətbuatında geniş işıqlandırılıb
ANA SƏHİFƏ / SİYASƏT
19:39 16.06.2021

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalından azad olunan qədim Şuşa şəhərinə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü İran mətbuatının diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, İRNA rəsmi informasiya agentliyi, “Tabnak”, “Fars news”, “Mehr news”, “Fararu.ir” “Ana press” və digər saytlar Türkiyə və Azərbaycan prezidentlərinin Şuşada keçirdikləri görüşdən sonra imzaladıqları müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinə diqqət çəkiblər.

Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev imzalanmış sənədin bölgədə nəqliyyat əlaqələrinin yaradılmasında mühüm rol oynayacağını qeyd edib. Azərbaycan Prezidenti bəyan edib ki, bölgədə belə faciələrin bir daha baş verməməsi üçün hamı Azərbaycanın Qələbəsini qəbul edib tanımalıdır.

Materiallarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Biz Ermənistanı altı ölkənin kontekstində regional inkişafa qatılmağa dəvət edirik: Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistan” fikrinə diqqət cəlb edilib. Türkiyə Prezidentinin, eyni zamanda, ölkəsinin Ermənistanla münasibətləri normallaşdırmaq üçün lazımi addımları atmağa hazır olduğunu bildirməsi xüsusi vurğulanıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM