21 Oktyabr 2021 16:55
592
DÜNYA
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan on ölkənin səfirlərinə kəskin etirazını bildirib  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hüquq müdafiəçisi Osman Kvalanın buraxılmasına çağırış edən on dövlətin səfirlərinə kəskin etirazını bildirib.

AZƏRTAC bu barədə “Haber Türk” telekanalına istinadla xəbər verir.

Afrika səfərindən qayıdarkən jurnalistlərin sualını cavablandıran Rəcəb Tayyib Ərdoğan deyib: “Türkiyəni burada ittiham etmək istəyirlər. On səfir bu açıqlamanı niyə edib? Bu Soros qalığını müdafiə edənlər onu necə buraxdırmaq üçün çalışırlar. Xarici işlər nazirimizə dedim ki, onlara ölkəmizdə ev sahibliyi etmək zənginliyimiz ola bilməz. Türkiyəyə belə bir dərs keçmək sizin işinizdirmi? Kimsiniz siz? Bu nədir? Kavalanı buraxın. Sən öz ölkəndəki quldurları, qatilləri, terrorçuları buraxarsanmı? Amerika, Almaniya, hansı biri indiyədək belə bir şey edib? Etməyiblər və etməzlər. Danışanda verəcəkləri cavab budur: “məhkəmə müstəqildir”. Sizdə məhkəmə müstəqil, bizdəki məhkəmə asılıdırmı? Bizim məhkəmə müstəqilliyin ən gözəl örnəklərini verir”.

Bir müddət öncə sosial şəbəkə hesablarında Osman Kvalanın azad olunmasına çağırış edən Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ səfirləri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb, onlara diplomatik münasibətlər haqqında Vyana konvensiyasına əməl etməyin vacibliyi xatırladılıb.

Xatırladaq ki, Osman Kvala 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişi cəhdində iştirak etmək ittihamı ilə həbs olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video