30 Avqust 2021 00:35
258
DÜNYA
A- A+

Türkiyə Prezidenti: Ölkəmizi pilotsuz döyüş təyyarələri texnologiyası üzrə lider etmək niyyətindəyik

 

Türkiyənin müdafiə sənayesinin təhlükəsizlik qüvvələrinin inventarına qazandırılan Pilotsuz Uçuş Aparatlarına (İHA) Hücum Pilotsuz Uçuş Aparatları (TİHA) da əlavə edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı avqustun 29-da Türkiyənin Tekirdağ vilayətində rəsmi mərasim keçirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan tədbirdə TİHA-ların rəsmi təslimatı olub.

Mərasimdə çıxış edən R.T.Ərdoğan Türkiyənin bu texnologiya üzrə dünyanın ən qabaqcıl üç ölkəsindən biri olduğunu vurğulayıb: “Müdafiə sənayesi üzrə yerli istehsalın qısa müddət ərzində 20 faizdən 80 faizə çatdırılması Türkiyə tarixinin ən böyük uğurlarından biridir. “Bayraktar TB2”lərimizi Ukrayna, Qətər və Azərbaycana ixrac etdik. Yeni ixrac müqavilələri bağlanır. Türkiyəni pilotsuz döyüş təyyarələri texnologiyası üzrə qabaqcıl ölkə etmək niyyətindəyik”.

Qeyd edək ki, Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli imkanlarla hazırlanan “Bayraktar Akıncı TİHA” rəsmi heyətin iştirakı ilə keçirilən mərasimdə ümumilikdə 1360 kiloqram faydalı yüklə 13 saat 24 dəqiqə uçuş həyata keçirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video