29 Avqust 2021 16:20
239
DÜNYA
A- A+

Türkiyə Prezidenti: Bölgəmizdə yeni konstruktiv yanaşmaya ehtiyac var

 

Ermənistanda qurulan yeni hökumətin bölgə üçün xeyirli olmasını arzulayıram. Bölgəmizdə yeni konstruktiv yanaşmaya ehtiyac var. Yanaşmalarda fikir ayrılıqları olsa da, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət də daxil olmaqla etimad əsasında yaxşı qonşuluq münasibətlərinin inkişafı üçün səmimi səy göstərmək məsuliyyətli bir hərəkət olardı.

AZƏRTAC “TRT Haber” telekanalına istinadla xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Monteneqro ilə Bosniya və Herseqovinaya səfərlərindən sonra jurnalistlərə müsahibəsində ifadə edib.

“Yaxın tarix düşmənçilik mənbəyi olmamalıdır”, - ifadəsi ilə fikir və mülahizələrini davam etdirən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib ki, davamlı sülh və birlikdə yaşamaq üçün konstruktiv addımlar atılmalıdır. Birtərəfli ittihamlar yerinə, gələcəyə baxan, realist yanaşmalar üstünlük təşkil etməlidir. İndi sülhü və sabitliyi daimi etməli, iqtisadi inkişaf və regional əməkdaşlıq üçün şərait yaratmalıyıq. Azərbaycan da oxşar anlayışla Ermənistanla hərtərəfli sülh sazişi üçün danışıqlara başlamağı təklif edir.

Qırx dörd günlük Vətən müharibəsinin nəticələri əsasında imzalanan üçtərəfli Bəyannamənin şərtlərinin Cənubi Qafqazı dəyişdirəcək yeni imkanlar yaratdığını xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, bu tarixi fürsətdən yaxşı istifadə etmək istəyən bütün tərəflərlə işləməyə hazırıq. Beş və ya altıtərəfli platforma tövsiyəmiz var. Bu platformaya Türkiyə, Azərbaycan, Rusiya, İran və Ermənistan daxildir. Hətta dedik ki, bura Gürcüstanı da daxil etməliyik.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında “Dağlıq Qarabağdakı işğalın sona çatması ilə bölgəmizdə davamlı sülh naminə yeni fürsət pəncərəsi açılıb. Ermənistanın bunu dəyərləndirsə biz də qarşılığını verəcəyik”,-ifadəsi ilə çağırış etmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video