05 Oktyabr 2021 20:24
867
DÜNYA
A- A+

Türkiyə Prezidenti 2021-2022-ci ali təhsil ilinin açılış mərasimində çıxış edib

 

Türkiyədə başlanan 2021-2022-ci yeni ali təhsil ili münasibətilə Prezident Administrasiyasında rəsmi mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə ali təhsil sistemində aparılan islahatlar, bu sahədə qazanılan uğurlar və qarşıda dayanan vəzifələrdən danışıb.

Türkiyədə ali təhsilin səviyyəsini yüksəltmək, tələbələrin həyat şəraitinin yaxşılaşdırılması işlərini mühüm vəzifə kimi dəyərləndirən dövlət başçısı deyib: “Türkiyə tələbə yataqxanalarında bir milyondan çox sayda yerləşmə yeri ilə dünya üzə yataqxana təminatında ən çox yerə sahib ölkədir”.

Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, tələbələr üçün ümumilikdə 110 min yeri olan yeni yataqxanalar istifadəyə veriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video