14 Yanvar 2012 12:01
350
SİYASƏT
A- A+

Türkiyə parlamentinə Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsi təqdim olunacaqdır

 

İğdırdan seçilmiş millət vəkili Sinan Oğan Türkiyə Böyük Millət Məclisində keçirdiyi mətbuat konfransında bildirmişdir ki, Xocalı qətliamının ildönümü ərəfəsində XX əsrin ən ağır cinayətlərindən biri olan bu soyqırımının tanınması üçün parlamentə qanun layihəsi təqdim olunacaqdır. Bundan başqa, Ankarada Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması və Türkiyə paytaxtının mərkəzi küçələrindən birinin "Xocalı" adlandırılması təklifləri müzakirə olunacaqdır. 

S.Oğan demişdir ki, Fransa Milli Assambleyasının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsini qəbul etməsinə etiraz əlaməti olaraq onun təmsil etdiyi Milliyyətçi Hərəkat Partiyası Ankaradakı "Paris prospekti"nin Əlcəzair prospekti adlandırılması təklifini də parlamentə verəcəkdir.

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Ankara

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video