Türkiyə ilə Azərbaycan arasında turizmin inkişafına dair görüş keçirilib
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) sədri Rüfət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində ATAA ilə Türkiyənin Səyahət Agentlikləri Birliyi (TÜRSAB) arasında görüş keçirilib.
Görüşdə iki qurum, eləcə də iki qardaş ölkə arasında bu sahə üzrə gələcək fəaliyyət planları, Türkiyə-Azərbaycan turizm əlaqələri və ortaq turizm platformasının yaradılması məsələləri müzakirə olunub. Bundan əlavə postpandemiya dövründə turizmin inkişafı baxımından iki qardaş ölkə arasında şəxsiyyət vəsiqələri və vizasız səyahəti nəzərə alaraq qarşılıqlı turist sayının artırılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüş əsnasında iki qardaş ölkə arasında səhiyyə turizminin inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Tədbirdə çıxış edən ATAA-nın sədri Rüfət Hacıyev Qarabağ müharibəsi dövründə Azərbaycanla həmrəylik və birlik nümayiş etdirdiyi üçün türk xalqı və dövlətinə minnətdarlığını bildirib və bunun hər bir azərbaycanlı üçün çox vacib olduğunu xüsusi qeyd edib.
Pandemiya dövründə də iki qardaş ölkə arasında turizmin inkişafının davam etdiriləcəyinə ümidvar olduğunu deyən sədr Azərbaycanın bir çox sahədə olduğu kimi turizm baxımından da çox gözəl potensiala malik olduğumu vurğulayıb: “Biz bu potensialı Türkiyə bazarında nümayiş etdirmək istəyirik. Pandemiyanın nə zaman bitəcəyi bəlli deyil. Bunu üçün də bu dövrdə işləməyi öyrənməliyik. Bu baxımdan “Türk hava yolları”nın pandemiya dövrü ərzində kəsintisiz fəaliyyəti bizim və bütün dünya üçün çox gözəl nümunə oldu. Biz, eyni zamanda, iki qardaş ölkə arasında səhiyyə turizmini inkişaf etdirməyi də hədəfləyirik. Belə ki, səhiyyə turizmi ümumi turizm sahəsində çox böyük rola sahibdir”.
Çıxışı zamanı Azərbaycanı öz torpaqlarını geri almaq uğrunda apardığı haqlı mübarizəsində əldə etdiyi şanlı zəfər münasibətilə təbrik edən TÜRSAB-ın rəhbəri Firuz Barbaros Bağlıkaya bu qələbənin bütün türk dünyasını qürurlandırdığını vurğulayıb: “Türkiyə ilə Azərbaycan qədim köklərə sahib iki qardaş ölkədir. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı iki ölkə arasındaki münasibətləri ümumiləşdirən ən gözəl cümlədir. Dostluğumuz strateji tərəfdaşlıqlarla daha da möhkəmləndikcə, hər keçən gün bu əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaqdan məmnunuq. Bu əməkdaşlığı daha da inkişaf etdirəcək ən vacib sahələrdən biri də turizm sektorudur.
Bu baxımdan, iki ölkə arasındakı qarşılıqlı turizm fəaliyyətləri, aprelin birindən başladılan Azərbaycan ilə Türkiyə arasında şəxsiyyət vəsiqələri ilə səyahət fürsəti qarşılıqlı turizm hərəkətliliyini ciddi şəkildə artıracağına əminəm”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hikmət Hacıyev: Reinteqrasiya istiqamətində irəli getmək üçün siyasi baxışımız var
22 Sentyabr
Sabah əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir
22 Sentyabr
Co Bayden süni zəka ilə bağlı çağırış edib
22 Sentyabr
Ukrayna və ABŞ birgə silah hazırlayır
22 Sentyabr
NATO-dan ABŞ-a ÇAĞIRIŞ
22 Sentyabr
Yerevanın mərkəzində kütləvi aksiyalar davam edir
22 Sentyabr
“Azərbaycan ikinci böyük qələbəsinə imza atdı”
22 Sentyabr
Qazaxda aqrar sığorta ilə bağlı regional tədbir keçirilib
22 Sentyabr
Ağstafa balının fərqli dadı və rəngi var
22 Sentyabr
Şəhər təsərrüfatındakı vəziyyət və infrastruktur layihələrin icrası müzakirə olunub
22 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

Şərtləri diktə edən İlham Əliyevdir02 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!