20:27 02 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə Futbol Federasiyası: Təşəkkürlər, qardaş Azərbaycan
ANA SƏHİFƏ / İDMAN
16:53 21.06.2021

 

Türkiyə Futbol Federasiyası (TFF) qardaş ölkənin milli komandasının “Avro-2020”nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçirdiyi iki oyunda yerli azarkeşlərin futbolçulara fəal dəstəyinə görə xalqımıza minnətdarlıq edib.

AZƏRTAC xəbər verir ki, TFF-in rəsmi saytında yerləşdirilmiş müraciətdə qeyd olunub: “Dost və qardaş Azərbaycan “Avro-2020” zamanı və Bakıda oynadığımız iki matçda tribunaları “qırmızı-ağ” rənglərlə dolduraraq mükəmməl qardaşlıq ruhu göstərdi. Yığmamıza, federasiyamıza və bütün Türk xalqına böyük dəstək verən, bizi yüksək qonaqpərvərliklə qarşılayan Azərbaycan “Bir millət, iki dövlət” olduğumuzu bizlərə bir daha xatırlatdı”.

Yazıda, həmçinin vurğulanıb: Uels ilə oyunda Prezident Rəcəb Tayyib Ərdoğan ilə birlikdə matçı izləyən Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbəri Rövnəq Abdullayevə və aidiyyəti qurumlara bu nümunəvi ev sahibliyinə görə təşəkkür edirik.

Azərbaycan-Türkiyə birliyi və bərabərliyinin bundan sonra da davam edəcəyini bir daha dünyaya göstərən Azərbaycan xalqına yığmamızın yanında olduqları üçün təşəkkürümüzü bildiririk. Azərbaycan-Türkiyə birliyinin əbədi davam edəcəyini bir daha bütün dünyaya göstərən Azərbaycan xalqına futbol üzrə milli komandamızın yanında olduğuna görə təşəkkür edirik”.

Qeyd edək ki, Türkiyə millisi “Avro-2020”nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda Uelsə 0:2, İsveçrə seçməsinə isə 1:3 hesabı ilə uduzub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM