18:17 02 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Türkiyə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun keçirəcəyi layihələrə dəstəyini əsirgəməyəcək
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
18:46 21.06.2021

 

Uzun müddət sonra dünya liderlərinin, siyasətçilərin və diplomatların bir araya gəlməsində xüsusi rol oynayan Antalya Diplomatiya Forumunun təşkili ilə Türkiyə bir ilkə imza atıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Forumu çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib.

Foruma dəvətə görə qardaş ölkənin xarici işlər nazirinə təşəkkürlərini bildirən Günay Əfəndiyeva Fondun qurucu üzv ölkəsi olan Türkiyə ilə təşkilat arasında geniş əməkdaşlıq əlaqələrinin mövcudluğuna diqqət çəkərək, bundan sonra da Fond tərəfindən türkdilli ölkələrin, eləcə də türk dünyasının ayrılmaz parçası olan Türkiyənin mədəniyyətinin, adət-ənənələrinin təbliği ilə bağlı tədbirlərin keçiriləcəyini vurğulayıb.

Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsində Türkiyənin ədalətli mövqe sərgiləməsindən türkdilli beynəlxalq təşkilat rəhbəri kimi qürur duyduğunu bildirən Günay Əfəndiyeva, Fond tərəfindən türk dünyasının mədəni mərkəzlərindən biri olan Qarabağla bağlı müxtəlif layihələrin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanı Antalya Diplomatiya Forumu çərçivəsində “Barış axtarışına qadınların töhfəsi” mövzulu panel konfransındakı çıxışıyla bağlı təbrik edib.

Nazir Fond tərəfindən görülən işləri yaxından izlədiyini qeyd edərək, təşkilatın türkdilli xalqları bir-birinə daha da yaxınlaşdırılması yönündə geniş fəaliyyətini yüksək qiymətləndirib.

Mövlud Çavuşoğlu Fond tərəfindən türk dünyasının maddi-mədəni irsinin qorunması, beynəlxalq aləmdə tanıdılması və gənc nəsillərə ötürülməsi istiqamətində keçirilən layihə və tədbirlərə ölkəsinin dəstəyini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM