29 Oktyabr 2011 02:10
236
Mədəniyyət
A- A+

«Türk dilləri və ləhcələrinin tarixi» kitabının «imza günü» keçirilmişdir

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Bayatı" kitab mağazasında dünya şöhrətli həkim-cərrah, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq" jurnalının təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru, türkoloq alim, professor Cavad Heyətin "Türk dilləri və ləhcələrinin tarixi" kitabının "imza günü" keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rəfael Hüseynov professor Cavad Heyətin ədəbi fəaliyyəti haqqında məlumat vermişdir.  

AYB-nin sədri, xalq yazıçısı Anar, qurumun katibi, xalq şairi Fikrət Qoca və başqaları Cavad Heyətin təkcə "Varlıq" jurnalı ilə bütün türk dünyasında oynadığı əhəmiyyətli rolundan danışmışlar. Bildirilmişdir ki, o, "Oğuznamə", "Xorasan türkcəsi", "Təbriz ləhcəsi", "Gəncəli Nizaminin "Xəmsə"sində türkcə sözlər", "Füzulinin ədəbi şəxsiyyəti", "Yunis Əmrə-mütəsəvvif türk şairi" və s. məqalələri, çoxsaylı kitabları ilə türk dili və ədəbiyyatının inkişafına böyük töhfələr vermişdir. 

Görkəmli tədqiqatçı-alimin "Türk dilləri və ləhcələrinin tarixi" kitabının dərsliklərə salınmasının vacibliyi nəzərə çatdırılmışdır.

Mərasimin sonunda Cavad Heyət tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video