15:44 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Turizmdən milyonlar qazanan cırtdan dövlət
ANA SƏHİFƏ / TURIZM
07:10 09.10.2014

Cırtdan knyazlıq olan Monakoya bir ildə 7 milyon nəfərədək turist və qonaq gəlir. Onlar burada cəmi bir gün qalır və şəhərlə tanışlıq üçün kifayət edən bu müddətdə suvenirlərə, muzey və restoranlara çoxlu pul xərcləyirlər.

AzərTAc xarici KİV-ə istinadla xəbər verir ki, knyazlıq turizmdən ildə 500 milyon avroyadək gəlir götürür. Bu, ümumi daxili məhsulun 10 faizindən çoxdur. Cəmi 37,5 min nəfərə yaxın əhalisi olan Monako qonaqları yorulmadan qəbul edir və yola salır. Buraya əsasən qonşu İtaliya və Fransadan turistlər gəlir. Son vaxtlar rus turistlərin sayı da artıb. Sonrakı yerləri ingilislər, amerikanlar və Birləşmiş Ərəb Əmirliklərindən gələnlər tutur.
Yerli sakinlər kiçik Monakonu fəxrlə beynəlxalq turizm mərkəzi adlandırırlar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM