02 Avqust 2021 18:21
1449
CƏMİYYƏT
A- A+

Tural Gəncəliyev: Hazırda ölkəmizin qarşısındakı ən vacib məsələ məcburi köçkünlərin doğma yurdlarına qayıtmasının təmin edilməsidir

 

Qırx dörd günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımıza insanların qayıtması üçün bütün imkanla səfərbər olunub. Hazırda ölkəmizin qarşısında duran ən vacib məsələ 30 ilə yaxın Vətən həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz ata-baba yurdlarına geri qayıtmasını təmin etməkdir. Bunun üçün erməni işğalçılarından azad olunmuş ərazilərdə aparılan minaların təmizlənməsi prosesinin, sürətli yenidənqurma işlərinin şahidiyik.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Altıncı çağırış Milli Məclisinin səmərəli fəaliyyət göstərdiyini deyən deputat qeyd edib ki, hazırda Azərbaycan parlamentinə etimad kifayət qədər böyükdür. T.Gəncəliyev vurğulayıb: “Azərbaycan parlamentinə etimad kifayət qədər böyükdür. Xankəndidən seçilən bir deputat kimi deyə bilərəm ki, orada yaşayan və Azərbaycan vətəndaşı olan ermənilər də öz hüquqlarının təmin olunmasını, qayğılarının həllini məhz Milli Məclis çərçivəsində görürlər”.

Pandemiya ilə mübarizə tədbirlərinə toxunan deputat bildirib ki, bütün dünya gözəgörünməz düşmənlə üz-üzədir. Ölkəmizdə pandemiyanın növbəti dalğasını müşahidə edirik. Hər gün koronavirusa yoluxanların və həyatını itirən insanların sayı artır. Dünyanın bu virusdan necə yaxa qurtaracağını hələlik demək mümkün deyil. Ölkəmiz də bu bəladan minimum itkilərlə çıxmağa çalışır. Biz bütün qüvvələrimizi səfərbər edib bu çətin sınaqdan da birlikdə çıxmalıyıq”, - deyə deputat diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video