30 Sentyabr 2021 19:30
700
SİYASƏT
A- A+

Tural Gəncəliyev: Avropalılar Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror, cinayətlər barədə məlumatlanmalıdır    

Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji problemləri gündəmə gətirməyim avropalılar tərəfindən də normal qarşılanır. Çünki onlar ekoloji problemin nə demək olduğunu yaxşı bilirlər. Bizim rayonlardakı çaylar, xüsusilə Oxçuçay bir neçə ölkədən keçir. Çirkləndirmə nəticəsində flora, eləcə də fauna məhv olur. Avropa parlamentariləri bunu yaxşı başa düşür, çünki Ermənistan ekoloji terror törədirsə və bu, cavabsız qalırsa, bu ölkə yeni təxribatlara da əl atacaq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Tural Gəncəliyev deyib.

O bildirib ki, “Ətraf mühit və insan haqları: təhlükəsiz, sağlam və davamlı inkişaf” adlı məruzə ətrafında çıxışı dərc edilərək parlamentarilərə paylanıb. Azərbaycanlı deputat qeyd edib ki, çıxışının mətnində Ermənistanın ölkəmizə qarşı törətdiyi ekoloji terror, ekoloji cinayətlərə diqqət çəkib. Sərhəd çayı olan Oxçuçay vasitəsilə Ermənistan ölkəmizə ekoloji ziyan vurub. Bununla da insanların sağlam ətraf mühitdə yaşama hüququnu pozub. Ermənistanın Oxçuçayı çirkləndirməsi nəticəsində nadir balıqlar, bitkilər məhv olub.

“Avropalılardan da tələbimiz budur ki, əgər Ermənistan törətdiyi ekoloji terrora görə cəzasız qalırsa, o, daha ciddi təxribat addımı atacaq. Bu isə qəbuledilməzdir. Ekoloji terrorun, ekoloji problemin dünya gündəmində olduğunu nəzərə alaraq bu məsələni qaldırmışam, - deyə o bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video