Tozlu-torpaqlı kənd yolları yerini müasir, rahat şoselərə verir
Prezident İlham ƏLİYEV: "Yol olan yerdə kənd təsərrüfatının inkişafı sürətlənir, sosial məsələlər həllini tapır”
Sistemli surətdə tətbiq edilən iqtisadi addımlar, inamla reallaşdırılan rasional makroiqtisadi siyasət, aparılan köklü islahatlar qlobal və regional risklərin neytrallaşdırılmasına imkan yaratmaqla yanaşı, iqtisadiyyatın müxtəlif sahələrini dinamik inkişaf etdirməyə yeni imkanlar yaratmışdır. Azərbaycan Prezidentinin müəyyən etdiyi strateji xətt isə bütün istiqamətlərdə dayanıqlı iqtisadi inkişafı təmin etmişdir.
Bunlardan ən mükəmməli yol infrastrukturunun kökündən dəyişməsi, müasir logistika sisteminin yaradılmasıdır. Beynəlxalq əhəmiyyətli yolların salınması və müasir standartlara uyğun əsaslı təmiri ölkənin simasını büsbütün dəyişmişdir. Bu sahədə ən vacib məqamlardan biri də odur ki, dövlətin apardığı islahatların sırasında kəndarası yolların çəkilməsi aktual məsələ kimi daim diqqət mərkəzinə gətirilmişdir. Kənd yollarına bu yanaşma isə özlüyündə mükəmməl düşünülmüş logistik sistem kimi iqtisadiyyatın bir neçə sahəsinin inkişafına təkan verir.
Yolların inşası ilə bağlı statistik rəqəmləri nəzərdən keçirəndə rekord göstəricilərin şahidi oluruq. Belə ki, yalnız keçən il ölkədə 2 min kilometr avtomobil yolu salınmışdır. Bu, nəinki Azərbaycanın, hətta dünyanın ən inkişaf etmiş ölkələri üçün rekord göstəricidir. Ümumilikdə isə 2004-cü ildən 2019-cu ilədək ölkəmizdə 15 min kilometr avtomobil yolları inşa olunmuşdur.
Azərbaycan Prezidenti yol islahatlarının aparılmasında və davam etdirilməsində israrlıdır və bu işlərin davam etdiriləcəyini bildirir: "Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Biz inkişaf etmiş bir çox ölkələri də qabaqlayırıq və bu proses davam etdiriləcək”.
Xüsusi vurğulamaq lazımdır ki, yol infrastrukturunda kənd yollarının salınmasına xüsusi qayğı və diqqətlə yanaşılır. Belə ki, yalnız ötən il ərzində 920 kəndin yol infrastrukturu yaxşılaşdırılmış və əlavə olaraq yeni yollar salınmışdır. Kənd yollarının salınması ölkənin simasını dəyişməklə yanaşı, aqrar sektorun, dağlıq ərazilərdə isə turizmin inkişafını sürətləndirir, eyni zamanda bütün dünyada ən ciddi problemlərdən biri sayılan qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verir.
Əvvəllər kənd həyatına bələd olanlar Azərbaycan kəndlisinin o zaman yolsuzluqdan necə əziyyət çəkdiyini yəqin ki, yaxşı xatırlayırlar.
Hətta paytaxta ən yaxın rayonlarda belə bağda, bostanda yetişən kənd təsərrüfatı məhsullarını bazara çıxarmaq üçün min bir əziyyət çəkmək lazım gəlirdi. Sahələrə yalnız iri yük maşınları girə bilirdi. Daşınma zamanı isə məhsulun bir qismi yollarda zay olurdu. Kəndimizdə o illər adi tutu Quba bazarına çatdırmaq olmurdu. Şabut və Qulu dayının yük maşınlarında 10 kilometrlik çala-çuxurlu yol nəinki tutun, elə gilasın da silkələyib suyunu çıxarırdı. Bu gün nəinki kəndlərin, hətta bağ və bostanların yanından rahat asfalt yollar keçir. Fermerlər Bakının istənilən bazarına 2-3 saata məhsulunu itkisiz çatdıra bilirlər. Hazırda kənd yaşayış məntəqələrində milyonlarla insan yaşayır. Vaxt var idi ki, onlar yolsuzluqdan vaxtında həkim yardımından faydalana bilmirdilər. İndi artıq bu məsələ də həll olunub.
Müasir yollar kəndliyə turizmin inkişafında fəal iştirak etməyə, qazanmağa da imkan verir. Üstəlik yeni yollarla öz ölkəsinə seyrə çıxanların sayı kəskin artmışdır. Artıq istirahət günlərini ölkənin müxtəlif şəhər və bölgələrində keçirmək istəyənlərin, həftənin şənbə-bazar günlərində turistə çevrilənlərin sayı on minlərlə ölçülür.
Bu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində Azərbaycan Prezidenti yol layihələrinin icrasının daha ciddi davam etdiriləcəyini bildirmişdir: "Bu il investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bu il ən azı, hələlik ən azı 1000 kilometr yeni yol salınacaqdır. Onların arasında, əlbəttə ki, yüzlərlə kənd yolları var, eyni zamanda magistral yolların tikintisinin davam etdirilməsi layihələri var, o cümlədən Astara-İran sərhədi yolu. Çünki biz Bakıdan Astaraya qədər yeni yol salmışıq. Çox gözəl yoldur və məsafəni də təqribən 40 kilometr qısaldır. Eyni zamanda bu magistral yol şəhərlərə girmədən gedir və hər bir şəhərə ayrıca giriş nəzərdə tutulubdur”.
Ölkəmizdə çəkilən yeni kənd yolları ən ucqar əlçatmaz kəndə belə rahat çatmağa imkan verir. Qışda yollar bağlananda aylarla rayon mərkəzinə gələ bilməyən ucqar kənd sakinləri indi ürəkləri istəyəndə dağlardan aşağı düşür, bazarlıqlarını edir, qohum-əqrəbalarını yoluxurlar. Yayda isə evlərini turistlərə kirayə verib pul qazanırlar. Bir sözlə, yollar rahatlıq gətirməklə yanaşı, insanları bir-birinə yaxın edir, bağlayır.
Bahadur İMANQULİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə...
29 Mart
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq e...
29 Mart
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərba...
29 Mart
“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitəl...
29 Mart
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tari...
29 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edi...
29 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası...
29 Mart
“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydala...
29 Mart
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” ...
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!