28 Avqust 2016 12:08
701
Oxucu məktubları
A- A+

Toz içində çay

 

Bəzi insanlar işdən sonra, yaxud asudə vaxtlarında çayxanalarda oturub istirahət etməyi, dost-tanışları ilə  söhbətləşib-dərdləşməyi xoşlayırlar. Əlbəttə, bu onların haqqı, öz işidir. Məxməri çay içə-içə, həzin musiqi sədaları altında ahəstə söhbət etməyin yəqin ki, özgə ləzzəti  var. Amma baxır harada, hansı şəraitdə! Yəni belə istirahət üçün seçilən yer gərək münasib və təhlükəsiz olsun. Eyni zamanda, ətrafdakıları narahat etməsin.

Təəssüf ki, Bakıda, həmçinin bizim Sumqayıt şəhərində, sakini olduğum 8-ci mikrorayonda bəzən çayxanalar harada gəldi - avtomobil yollarının kənarlarında, yaşayış binalarının həndəvərində, hətta səkilərdə -  piyadaların gediş-gəlişi, əhalinin istirahəti üçün  nəzərdə tutulmuş yerlərdə açılır. Bəlkə də belə çayxanalarda oturub “istirahət” edənlər, qopardıqları hay-küydən, nərd və domino daşlarını stola çırpmalarından həzz alırlar. Onlar  nəzərə almırlar ki, yay vaxtı evlərin pəncərələri əsasən açıq saxlanılır. Beləcə, birinin “aktiv” çayxana “istirahət”i digərlərinin  öz evlərində zillətinə çevrilir - sakinlərin rahatlığını pozur. Yoldan ötənlərdə, qız-gəlinlərdə, uşaqlarda narahatlıq doğurur.

Toz-torpaq, maşın tüstüsü altında qaynadılan suyun, dəmlənən çayın, alınan nəfəsin insan orqanizminə, sağlamlığına ziyanlı olduğu da unudulmamalıdır.

Beləliklə, küçədə iaşə xidməti, çayxanalar təşkil olunarkən sadalanan faktorlar nəzərə alınmalı, qanunvericiliyin tələblərinə riayət edilməlidir. Belə olarsa, əhali nə küçədə, nə öz evində rahatsızlanar, nə də toz-tüstü içində çay içib canına ziyan vurar.

 

Seymur ABBASOV,

Sumqayıt, 8-ci mikrorayon sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video