18:25 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tovuzlular peyvəndləmədə fəal iştirak edirlər

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:25 12.09.2021

 

Azərbaycanın hər yerində olduğu kimi, Tovuzda da əhalinin peyvəndlənməsi davam edir. Rayon mərkəzi ilə yanaşı, kəndlərdə də əhali kütləvi şəkildə peyvəndlənməyə cəlb olunur.

Bu il yanvarın 21-dən başlanan peyvəndləmə prosesində indiyədək rayon sakinlərinə 130 min peyvənd vurulub. Ondan 78 mini birinci, 52 mini ikinci dozadır.

Peyvəndləmə rayon diaqnostika və hemodializ, eləcə də ailə sağlamlıq mərkəzlərində və mərkəzi rayon xəstəxanasında aparılır. Bu səhiyyə ocaqlarında prosesi qaydalara uyğun aparmaq üçün xüsusi otaqlar ayrılmışdır. Bütün otaqlar zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz edilmişdir.

Aldığımız məlumata görə, peyvənd vurulmuş rayon sakinləri arasında indiyəcən heç bir narahatlıq olmamışdır. Rayon sakini, pedaqoq Rəna Qasımova deyir ki, peyvənd vurulduqdan sonra səhhətində heç bir dəyişiklik hiss etməyib: “Heç kim vaksinasiyadan kənarda qalmamalıdır. Sağ olsun dövlətimizi ki, əhalinin sağlamlığına belə önəm verir”.

Onu da qeyd edək ki, rayonda əhalini peyvəndləməyə operativ cəlb etmək üçün səyyar həkim briqadaları fəaliyyət göstərir. Həmin briqadalar, ilk növbədə, uzaq kəndlərə gedərək əhalinin peyvəndlənməsini təmin edirlər. 

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM