11 Iyul 2021 00:15
1071
İQTİSADİYYAT
A- A+

Tovuzda tütünqurutma məntəqəsi açılıb

Tovuzda Yaponiya şirkətinin investisiya yatırımı ilə inşa olunan tütünqurutma məntəqəsinin açılışı olub. 2019-cu ildə Azərbaycanda iki tütünqurutma müəssisəsini açan şirkət hazırda müəssisələrin sayını dördə çatdırıb.

Dünyanın aparıcı siqaret istehsalçıları olan şirkətləri ilə əməkdaşlıq edən “Tet İnternational Development” şirkətinin nümayəndələri Azərbaycanda tütün sahələri və tütünqurutma zavodlarının sayını artırmaqda davam edir. Şəki, Zaqatala, Oğuz rayonlarından sonra Tovuzda da tütün istehsalı müəssisəsi açılıb. Bildirilib ki, bu gün açılışı olan müəssisə iqtisadiyyata verdiyi dəstəklə bərabər, həm də yerli sakinlərin işlə təmin olunması deməkdir. Adıçəkilən şirkət iki-üç il ərzində Azərbaycana tütünçülüyün inkişafı üçün təxminən 10 milyon ABŞ dolları investisiya yatırıb. Dörd zavod hazırda Oğuz, Şəki, Zaqatala və Tovuz rayonlarında fəaliyyətdədir. Gələcəkdə zavodların sayının digər rayonlarda da artırılması planlaşdırılır.

“Virciniya botaniki” növlü tütün Amerika Birləşmiş Ştatlarından gətirilib. Tütünçülüyün əkini üçün əlverişli olan bütün bölgələrdə şirkət bu tip zavodların sayını artırmaqda maraqlıdır. Əsas hədəf isə işğaldan azad olunan torpaqlarımızda tütünçülük sektorunun inkişafıdır.

Şirkət Qarabağda tütün əkinçiliyini 2022-ci ildə reallaşdırmağı planlaşdırır. İlkin olaraq 150 hektar ərazidə tütün əkmək, daha sonra 2024-cü ilədək 40 milyon yatırım edib əkini 800 hektara çatdırmağı nəzərdə tutur. Ümumilikdə ölkəmizdə tütün sahəsi 4 min hektara çatdırılacaq.

Dörd zavodda ümumi 211 tütün qurudan avadanlıq mövcuddur. Bu qurğular “Mono” adlanır və yapon texnologiyaları əsasında ölkəmizdə istehsal olunur. Bu qurğular iş prinsipləri və texniki göstəricilərinə görə ölkə istehsalı olan tarixi cihazlardan üstündür.

Azərbaycanda 5 min hektar sahədə tütün əkininin təşkilini hədəf seçən Yaponiya şirkəti birgə əməkdaşlığın davamı olaraq, yaxın gələcəkdə “Made in Azerbaijan, Desighned by Japan” ticarət nişanı adı altında məhsulun ixracını da planlaşdırır. Qurudulmuş məhsulların 70 faizi satış üçün, qalanı isə daxili tələbat üçün istehsal olunur. Rusiya, Ukrayna, Belarus və Qərbi Avropa ölkələrinin əksəriyyəti ilə satış üçün razılıq əldə olunub. Hazırda Birləşmiş Ərəb Əmirlikləri ilə də bu səpkidə danışıqlar aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video