21:08 13 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tovuzda tütün əkininə geniş hazırlıq işləri görülür

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:36 13.04.2021

 

Son illər ölkəmizdə iqtisadi cəhətdən gəlirli olan tütünçülüyün inkişafına ciddi diqqət yetirilir. Təsərrüfat sahibləri əkin sahələrini ildən-ilə genişləndirərək daha çox gəlir götürmək üçün öz təcrübələrini daha da artırırlar.

Tovuz rayonunda da bu sahədə məqsədyönlü işlər həyata keçirilir. Prezidentin 10 avqust 2017-ci il sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair  2017-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində keçən il  “Tovuz Aqro Sənaye” MMC-nin nəzdində  tütün qurutma məntəqəsi  yaradılmışdır.

Qeyd edək ki, keçən mövsüm rayonda 50 hektarda tütün əkilmiş və 77,2 ton məhsul istehsal edilmişdir. İlk dəfə olaraq sahibkarlar istehsal edilən yaş tütünü rayon ərazisində fəaliyyətə başlayan və cəmi 10 kameradan ibarət tütün qurutma məntəqəsinə təhvil vermişlər. Yaş tütünün yerində təhvil verilməsi tütünçülüyün iqtisadi səmərəliyinə birbaşa təsir göstərdiyinə görə bu il fermerlər 120 hektar sahədə tütün becərməyi planlaşdırmışlar. Hazırda rayonda tütün əkini ilə əlaqədar geniş hazırlıq işlərinə başlanılmışdır.

Təsərrüfat sahibləri artıq xeyli vaxtdır ki, tütün şitilləri də yetişdirirlər. Bu günlər rayon rəhbərliyi tütün şitilxanalarında becərmənin gedişi ilə maraqlanmış və tütün qurutma məntəqəsində növbəti qəbul mövsümünə hazırlıq işləri ilə tanış olmuşdur. Fermerlərlə iş başında görüşən rayon rəhbərliyi Tovuz rayonu üçün ənənəvi olan tütünçülüyün inkişafının potensial imkanlarından, bu sahənin inkişafına göstərilən dövlət dəstəyindən, tütünçülükdə innovativ üsulların tətbiqinin səmərəliyindən söz açmış, rayonda tütün qurutma məntəqəsinin fəaliyyətə başlaması nəticəsində yaş tütün yarpağının qurudulmasında əvvəllər mövcud olan problemlərin aradan qalxdığını diqqətə çatdırmışdır. Məlumat verilmişdir ki, tütün qurutma məntəqəsində bu il əlavə 20 qurutmaxana quraşdırılıb istifadəyə veriləcək. Hazırda məntəqədə anbar, çeşidləmə sahələri, su hovuzu və digər qurğu və avadanlıqlar quraşdırılır. Əkin sahələrindən təxminən 1500-1600 ton yaşıl tütün yarpağı tədarük edilməsi planlaşdırılır. Əsas məqsəd cari il 260-300 ton quru tütün istehsal etməkdir. Bu işlərin yerinə yetirilməsi üçün 60-70 nəfər daimi, 150-200 nəfər isə mövsümi işçi qüvvəsi cəlb olunacaq.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM