14 Avqust 2021 00:58
1508
İDMAN
A- A+

Tokio da  paralimpiyaçılarımızın qələbə meydanı olacaq

 

Yay Olimpiya Oyunları kimi paralimpiyada da dünyanın maraqla izlədiyi ən mötəbər turnirlərdən sayılır. Bu mötəbər yarışların da hər keçən günü maraqlı anlarla yadda qalır. O üzdən planetin ən güclü paralimpiyaçılarının avqustun 24-dən sentyabrın 5-dək yarışacağı turnirdə də gərgin idman mübarizəsinin şahidi olacağımız şübhəsizdir.

Həm də şübhə etmirik ki, bundan əvvəl  iştirak etdikləri 6 paralimpiyadada qazandıqları medallarla xalqımızı sevindirən paralimpiya yığmamız növbəti dəfə əldə edəcəkləri mükafatlarla dünyanın diqqətini çəkəcəklər.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır. XVI Yay Paralimpiya Oyunlarının atletika yarışlarına Azərbaycanın 12 idmançısı (9 kişi və 3 qadın) qatılacaq. Kişi idmançılardan Samir Nəbiyev, Elvin Astanov (nüvəitələmə), Oloxan Musayev (nüvə itələmə və disk atma), Səid Nəcəfzadə, Kamil Əliyev, Orxan Aslanov (uzunluğa tullanma), Həmid Heydəri, Orxan Qasımov (nizəatma), Elmir Cəbrayılov (qaçış, 100 m, 400 m), qadın atletlərdən isə Yelena Çebuna (qaçış, 100 m), Yuliya Yanovskaya və Lamiyə Vəliyeva (qaçış 100 m, 400 m) mübarizə aparacaqlar.

Cüdo yarışlarında qadınların mübarizəsində Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Dürsədəf Kərimova (+70 kq) birincilik uğrunda tatami üzərinə çıxacaqlar. Kişilərin yarışında isə ölkəmizi Vüqar Şirinli (60 kq), Namiq Abaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (+100 kq) təmsil edəcəklər.

Parataekvondo yarışlarında 4 idmançımız mübarizə aparacaq. Qadınların yarışında Röyalə Fətəliyeva (49 kq), Aynur Məmmədova (+58 kq), kişilərin mübarizəsində  İmaməddin Xəlilov (61 kq) və Əbülfəz Abuzərli (75 kq) dayanq üzərinə çıxacaqlar.

Üzgüçülük yarışlarında 2 kişi və 1 qadın təmsilçimiz gücünü sınayacaq. Raman Saleh 50 və 100 metr məsafələrə sərbəst, batterflay və arxası üstə üzgüçülük yarışlarına qatılacaq. Vəli İsrafilov isə 100 metr məsafəyə batterflay və brass üsulu ilə üzgüçülük yarışlarında iştirak edəcək. Qadın təmsilçimiz Dana Şandibina da 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışlarında medal qazanmağa çalışacaq.

Pauerliftinq yarışlarında ölkəmizi Pərvin Məmmədov (49 kq), Nurlan Babacanov (97 kq), Elşən Hüseynov (107 kq) və Şamo Aslanov (+107 kq) təmsil edəcəklər. Güllə atıcılığı yarışlarında 2 idmançımız mübarizə aparacaq. Yelena Taranova 10, 25, 50, Kamran Zeynalov isə 10 və 50 metr məsafəyə atəşaçma yarışlarında gücünü sınayacaqlar.

Bu arada artıq Yaponiyada Tokio Yay Paralimpiya Oyunlarının məşəlinin yandırılmasına start verilib. İnklüziv cəmiyyət üçün ümidləri əks etdirən, regional xüsusiyyətlər nəzərə alınmaqla müxtəlif üsullarla əldə edilən alov Yaponiya üzrə 880 məntəqədən toplanacaq. Məsələn, Yaponiyanın mərkəzi hissəsində yerləşən Naqano prefekturasında əlil uşaqlar alovu günəş işığından əldə edəcəklər. Cənub-qərbdə yerləşən Kaqoşima prefekturasında isə bu məqsəd üçün çaxmaq daşı ilə işləyən tüfənglərdən istifadə olunacaq.

Paralimpiya oyunlarının məşəl estafetinin avqustun 17-də başlaması və məşəlin yarışların təşkil ediləcəyi Şizuoka, Çiba, Saytama və Tokio prefekturalarında gəzdiriləcəyi planlaşdırılır. Lakin koronavirus pandemiyasına görə Çiba, Saytama və Tokioda bu məqsədlə ümumi yollardan istifadəyə icazə verilməyəcək. Əvəzində məşəlin yandırılması və digər əlaqədar tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Həm bütün ölkədən toplanan, həm də Paralimpiya oyunlarının vətəni sayılan Böyük Britaniyadan gətirilən alov avqustun 20-dək Tokioda saxlanacaq. Onun avqustun 24-də Tokio Milli Stadionuna gətiriləcəyi və buradakı böyük məşəli alovlandıracağı bildirilir.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video