06 Avqust 2021 19:27
1026
İDMAN
A- A+

“Tokio-2020”nin 15-ci günü: Çin medal qazanan ölkələr siyahısına liderliyi davam etdirir

 

Avqustun 6-da - “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının 15-ci günündə 89 ölkənin idmançıları medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 36 qızıl, 26 gümüş və 17 bürünc medal qazanıblar. İkinci pillədə 31 qızıl, 36 gümüş və 31 bürünc medalla ABŞ təmsilçiləri, üçüncü yerdə isə 24 qızıl, 11 gümüş və 16 bürünc medalla Yaponiya atletləri qərarlaşıblar.

Böyük Britaniya 18 qızıl, 20 gümüş, 20 bürünc medalla dördüncü, Rusiya Olimpiya Komitəsi isə 17 qızıl, 23 gümüş və 22 bürünc medalla beşincidir. İlk onluğu Avstraliya (17-6-21), İtaliya (10-10-18), Almaniya (9-11-16), Niderland (9-10-12) və Fransa (7-11-9) tamamlayır.

Azərbaycanın Olimpiya komandası “Tokio-2020”nin 15-ci günündə bir gümüş medal qazanıb. Karateçimiz kumite yarışlarının finalında uduzaraq gümüş medalla kifayətlənməli olub. Bundan başqa, millimizin üç idmançısı - qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov komandamızın aktivinə bürünc medallar yazdırıblar. Həmçinin sərbəst güləşçimiz Hacı Əliyev 65 kiloqram çəki dərəcəsində yarışın finalına yüksəlməklə ən azı gümüş medalı təmin edib.

Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.

Xatırladaq ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video