05:32 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:47 28.10.2021

Zəngəzur dəhlizi


02:41 28.10.2021

28 oktyabr


02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Tokio-2020” Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızdan sonuncu qrupu Vətənə qayıdıb
ANA SƏHİFƏ / İDMAN
16:02 07.09.2021

 

Sentyabrın 8-də Yaponiya paytaxtı Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızdan sonuncu qrupu Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Hava Limanında paralimpiyaçılarımızın qarşılanma mərasimi olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə idmançıları əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və komitənin vitse-prezidenti, “Tokio-2020” Paralimpiya Oyunlarında bürünc medal qazanan, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, paracüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, həmçinin ictimaiyyət nümayəndələri qarşılayıblar.

A.Kərimov bildirib ki, “Tokio-2020” Paralimpiya Oyunlarında paralimpiyamız 14-ü qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla 19 medal qazanıblar. Azərbaycanın “Tokio-2020” Paralimpiya Oyunlarını 10-cu pillədə başa vurması böyük qələbə, tarixi rekorda imza atmaq deməkdir.

Nazir müavini Prezident İlham Əliyevin paralimpiyanın inkişafına qayğısından bəhs edib. A.Kərimov 2008-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt şəhərində MDB məkanında ilk dəfə olaraq beynəlxalq standartlara uyğun Paralimpiya İdman Kompleksinin açılışını qeyd edərək bildirib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən həmin kompleks paralimpiyaçıların yüksək səviyyədə təlim-məşq prosesi keçməsində mühüm rol oynayır.

Diqqətə çatdırıb ki, dövlət başçısının tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin idmana aktiv şəkildə cəlb edilməsi üçün geniş miqyaslı işlər aparılmaqla, Milli Paralimpiya Komitəsinə illik əsasda maliyyə dəstəyi də ayrılır. Son üç ildə həmin vəsaitin məbləği iki dəfə artırılaraq 2,2 milyon manatı ötüb. Paralimpiyanın inkişafına göstərilən dövlət dəstəyi bu sahədə mühüm uğurlarla nəticələnir. Əgər əvvəlki 6 Yay Paralimpiya Oyunlarında milli paralimpiya komandamız cəmi 9 qızıl medal qazanmışdısa, Tokioda keçirilən son Paralimpiya Oyunlarında 14 qızıl medal qazanıb. Bu, böyük tarixi uğurdur və Azərbaycanın “Tokio-2020” Paralimpiya Oyunlarında qələbələri ilə hər birimiz qürur duyuruq.

Vətənə qayıdan paralimpiyaçılar Tokio Paralimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrlə bağlı sevinc hisslərini bölüşüblər. Azərbaycanı uğurla təmsil etdiklərinə, möhtəşəm qələbələr qazandıqlarına görə iftixar hissi keçirdiklərini vurğulayıblar.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM