18 Oktyabr 2011 03:10
397
İQTİSADİYYAT
A- A+

Tikinti-quruculuq işləri genişlənir

 

Hər ötən il Azərbaycan üçün əlamətdardır. Torpaqlarının 20 faizinin erməni işğalçılarının tapdağı altında qalmasına, bir milyondan çox qaçqını-köçkünü olmasına, ən nəhayət, müharibənin hələ qurtarmamasına baxmayaraq, ölkəmiz öz tərəqqisini, iqtisadi, sosial və mədəni inkişafını davam etdirir. Əlbəttə, bu amil Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ilə şərtlənir.

Ulu öndər Heydər Əliyev kimi, dövlət başçısı İlham Əliyev də həm paytaxtın, həm də bölgələrin müasir infrastruktura malik olması, insanların sosial rifah halının yaxşılaşdırılması üçün lazımi tədbirlər görür. Ölkə rəhbəri görülən hər bir işi öz nəzarətində saxlamaqla yanaşı, tez-tez tikinti, yenidənqurma və bərpa obyektlərinə baş çəkir, gərəkli tövsiyələrini verir, eyni zamanda, insanların ürək sözlərini, arzu və təkliflərini dinləyir, həyata keçirilən tədbirlər barədə rəylərini soruşur. Dövlət başçısını xalqa sevdirən xüsusiyyətlərdən biri də məhz bu amildir. Prezident İlham Əliyev çıxışlarının birində demişdir: "Bu gün biz hamımız xoşbəxtik ki, inkişaf edən ölkədə yaşayırıq. O ölkədə ki, orada sabitlik var. O ölkədə ki, vətəndaş cəmiyyəti yaradılıbdır. O ölkədə ki, xalqla iqtidar arasında birlik var, cəmiyyətdə arxayınlıq var, sakitlik var, əmin-amanlıq var. İnsanlar öz işləri ilə məşğul olurlar".

Bu gün Qobustan rayonunda da hər kəs öz işi ilə məşğuldur. Prezidentin  bu yaxınlarda Qobustana səfəri, görülən işlərlə yerində tanış olması, müvafiq tövsiyə və məsləhətlərini verməsi rayon əhalisinin işgüzarlığını, qurub-yaratmaq əzmini daha da artırıb.

Qobustan simasını dəyişərək müasirləşir. Aparılan tikinti-quruculuq işlərində milli memarlıq üslubuna ciddi fikir verilir. Son aylar abadlıq işlərinin həcmi daha da genişlənib. Həyata keçirilən tədbirləri əhali razılıqla qarşılayır, öz dəstəyini əsirgəmir.

Uzun illər idi ki, Qobustanda bazar işləmirdi. Səliqəsiz küçə ticarəti baş alıb gedirdi. Artıq bu məsələ də həllini tapıb. Küçə ticarəti tamamilə yığışdırılıb. Alıcı da, satıcı da yolunu can rahatlığı ilə bu yaxınlarda fəaliyyətə başlamış bazardan salır. Qobustanlılar mal-qara alış-verişi üçün indiyədək qonşu Şamaxı rayonuna üz tutardılar. İndi Ceyrankeçməz ərazisində hər həftənin bazar günü mal bazarı fəaliyyət göstərir. Ümumiyyətlə, rayonda tikinti işlərinin miqyası genişlənir. Tezliklə şahmat və mədəniyyət evlərinin, Statistika İdarəsinin inzibati binasının tikintisinə başlanacaq. Qobustan şəhərində qonaq evinin də inşası nəzərdə tutulub. Üstəlik, şəhərin yaşıllaşdırılması üçün 20 min Eldar şamı, xan çinar sifariş olunub. Hazırda 2 hektar ərazidə park salınır, Şəhidlər kompleksi tamamilə yenidən qurulur. Burada 73 qobustanlı şəhidin və rayondan İkinci Dünya müharibəsində həlak olanların xatirələri əbədiləşdiriləcək.

Yeri gəlmişkən qeyd edək ki, Qobustan şəhərində şəhid və əlil ailələri üçün 16 mənzilli yaşayış binası, Nabur kəndində 2, Çuxanlı kəndində isə 1 Qarabağ müharibəsi əlili üçün ikiotaqlı fərdi yaşayış evləri tikilib. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə məcburi köçkün və şəhid ailələri üçün fərdi yaşayış evinin tikintisi də başa çatıb. Ümumilikdə 28 şəhid və əlil ailəsi mənzillə təmin olunub. İndi isə Cəngi kəndində 180, Təklədə 220 şagirdlik yeni məktəb binaları tikilir. Yaxın vaxtlarda Göydərə kəndində də yeni məktəb tikintisi nəzərdə tutulub.

Qobustanın 18 yaşayış məntəqəsi təbii qazla təmin edilib. Daha 10-a yaxın kəndin təbii qazla təmin olunması planlaşdırılır. Rayon mərkəzini və 7 kəndi içməli su ilə təmin edəcək Təsi su xəttinin çəkilişi isə ilin sonunadək başa çatmalıdır.

Əlbəttə, hələ qarşıda bizi çox işlər gözləyir. Məhz dövlətin dəstəyi ilə həmin işlərin sayəsində Qobustanı ən müasir rayonlardan birinə çevirəcəyik.

 

Məzahir ƏLİYEV,

Qobustan RİH tikinti və memarlıq bölməsinin müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video