06 Yanvar 2019 00:55
3316
Oxucu məktubları
A- A+

Təzə ili təzə məktəbdə


Uca dağlar qoynunda yerləşən Quba rayonunun Çarxaçu kəndi təbii gözəllikləri ilə göz oxşayır. Sakinləri qayğıkeş və qonaqpərvərdirlər.

Bunu ona görə deyirəm ki, Bakıda doğulub boya-başa çatmışam. Üç ildir ki, bu kənd məktəbində tarix fənnini tədris edirəm. Lakin işlədiyim məktəb köhnə binada yerləşir. Əsas çətinliyimiz soyuq, xüsusilə qarlı-şaxtalı günlərdə olur. İstədiyimiz kimi fənləri tədris edə bilmirik.

Ölkə rəhbərinin tapşırığı ilə indi burada təzə məktəb tikilir. İşin gedişi ilə müəllimlərlə yanaşı, kənd sakinləri də yaxından maraqlanırlar.

Bina müasir işıqlandırma və istilik sistemi ilə təmin ediləcək, ətrafına istinad divarları, üstündən də dəmir tor çəkiləcək. Tezliklə yeni məktəbimizə köçəcəyik. Yəqin ki, şərait yaxşılaşdığına görə bu məktəbdə işləmək istəyənlərin sayı da artacaq.

Zülfiyyə HƏSƏNOVA,

Quba rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video