08:55 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Tərtərdə “Torpağı Vətən edənlər” layihəsinə başlanılıb

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:26 16.09.2021

 

Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyi “Torpağı Vətən edənlər” layihəsinə başlayıb.

Layihənin məqsədi Vətən müharibəsində şəhid olan Tərtər igidlərinin valideynləri və övladları ilə Tərtər rayon Heydər Əliyev Mərkəzində görüş keçirmək, şəhidlərimizin keçdiyi həyat və döyüş yolunu, göstərdikləri qəhrəmanlıq nümunələrini gənclər və yeniyetmələrə aşılamaq, təbliğ etməkdir.

AZƏRTAC xəbər verir ki, layihənin ilk qonağı Vətən müharibəsi qəhrəmanı şəhid polkovnik-leytenant Anar Əliyevin valideynləri olub. Görüşdə Tərtər rayon Cümə məscidinin axundu, rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, Azərbaycan Vətən müharibəsi Veteranları Təşkilatının nümayəndələri, qazilər iştirak ediblər.

Əvvəlcə Regional İdarənin Tərtər rayon nümayəndəliyi tərəfindən şəhid polkovnik-leytenant Anar Əliyev haqqında hazırlanmış videoçarx nümayiş olunub.

Anar Əliyevin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətdən söhbətlər açılıb, rayon Mədəniyyət Mərkəzinin dərnək üzvləri şəhid haqqında şeirlər səsləndiriblər.

Sonda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Tərtər rayonu üzrə komitəsi tərəfindən şəhidin valideynlərinə hədiyyələr təqdim olunub.

Şəhidin atası Vaqif Əliyev polkovnik-leytenant Anar Əliyevin keçdiyi döyüş yolundan bəhs edən kitabları tədbir iştirakçılarına paylayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM