09 Iyun 2014 03:06
261
Səhiyyə
A- A+

Tərləməyən insanlar günvurmaya daha çox məruz qalırlar

Anomal temperatur şəraitində günvurma, infarkt və insult tez-tez baş verir. Xüsusilə günvurma qızdırma, qusma ilə nəticələnərək, sinir sisteminin pozulmasına səbəb olur. Əgər vaxtında tədbir görülməzsə, bu hal ölümlə də nəticələnə bilər. Günvurma yaddaşsızlıq, baş ağrısı, ruhi pozğunluq və yuxusuzluğa da gətirib çıxarır. İstilər birinci növbədə ürək-damar və şəkərli diabet, xroniki ağciyər xəstələri, eləcə də böyrəyində problemi olanlar, zəif və yaşlı insanlar üçün daha təhlükəlidir. Buna görə həkimlər belə insanlara isti günlərdə adətən evdə oturmağı və yalnız sərin vaxtlarda küçəyə çıxmağı məsləhət görürlər. Ancaq işləyənlər üçün bu, mümkün deyildir. Odur ki, işləyən adamlar günvurmadan qorunmaq üçün bir sıra qaydaları bilməlidirlər. 

Mütəxəssislər ilk növbədə isti hava şəraitində tərləməyin çox vacib olduğunu bildirirlər. Çünki tərləmə - orqanizmin soyutma sistemidir. Bədəndə olan artıq istilik tər vasitəsilə xaric olunur və orqanizmin temperaturu sabit qalır. Yeri gəlmişkən, tərləməyən insanlar günvurmaya daha çox məruz qalırlar.
Bundan başqa, küçəyə çıxarkən başınıza, üzünüzə, bədəninizin açıq nahiyəsinə tökmək üçün özünüzlə adi su götürmək məsləhət görülür. Sizdən tələb olunan odur ki, su dərinizin səthində buxarlansın və bədəndə artıq istiliyin çıxmasına kömək etsin. Bu, əsasən az tərləyən və yaxud tərləmək istəməyənlər üçün çox vacibdir.
Baş örtüyü ilə heç kim mübahisə edə bilməz. Günvurmadan küçədə uzanıb qalmaq istəmirsinizsə, başıaçıq gəzməyin. Əlinizin altındakı jurnal, qəzet cib dəsmalı ilə də özünüzü yelləməklə ətrafınızda sərin hava yarada bilərsiniz.
Geyimi düzgün seçmək, vaxta riayət etmək, çoxlu su içmək, yağlı və ətli yeməklərdən uzaq durmaq da sizi istilərdən qoruya bilər.
Bütün bunlar günvurmadan qorunmağın sadə qaydalarıdır. Bu qaydalara əməl edin və iş gününü rahatlıqla başa vurun.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video