16 Noyabr 2011 03:11
344
İQTİSADİYYAT
A- A+

Telefon-məlumat xidməti köməyə gəlir

 

Bu ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin 195 telefon-məlumat xidməti tərəfindən 211849, o cümlədən canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən 102148, elektron operator tərəfindən 109701 müraciət cavablandırılıb.

Nazirlikdən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə canlı əlaqə zamanı cavablandırılan müraciətlərin sayı 65 faiz artıb.

Müfəttiş operatorlar tərəfindən cavablandırılmış sual xarakterli müraciətlər əsasən elektron xidmətlər (26 faiz), vergi növləri (19 faiz), qeydiyyat (15 faiz), hesabatlar (bəyannamələr) və onların doldurulma qaydaları (14 faiz) ilə bağlı olub. Avtomatik rejimdə fəaliyyət zamanı daxil olan müraciətlərdən 40 faizi vergi növləri, 11 faizi isə dövlət büdcəsinə olan vergi borcu ilə əlaqədar ümumi məlumatların alınması barədə olub. Canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən vergiödəyicilərinin və vətəndaşların şikayət (ərizə) və məlumat xarakterli 461 müraciəti qəbul edilərək aidiyyəti üzrə göndərilib.

Hesabat dövründə telefon-məlumat xidməti tərəfindən vergiödəyicilərinə ümumilikdə 202014 olmaqla 36254 səsli və 165760 yazılı mesaj (SMS) göndərilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video