27 Avqust 2011 07:08
580
İQTİSADİYYAT
A- A+

Tələbələr tədqiqat gəmisində monitorinqin aparılma qaydaları ilə tanış olmuşlar

 

ARDNŞ-in "Yay təcrübəsi proqramı" uğurla davam edir. Proqram tələbələrin neft sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, real iş şəraiti ilə yaxından tanış olmaları baxımından mühüm əhəmiyyət daşıyır.

Keçən ayın 11-dən start verilmiş proqram çərçivəsində tələbələr üçün şirkətin 17 idarəsində ödənişli təcrübə təşkil edilmişdir. Bu günlərdə "Yay təcrübəsi proqramı" çərçivəsində Ekologiya İdarəsində təcrübə keçən tələbələr Ekoloji Tədqiqatlar Ekpedisiyasının "MPK-452" tədqiqat gəmisində dəniz monitorinqinin aparılma qaydaları ilə əyani tanış olmuşlar. Təcrübə rəhbərləri dəniz monitorinqlərinin həyata keçirilməsinin əsas məqsədləri və Xəzərin ekosisteminin qorunması baxımından əhəmiyyəti, dəniz şəraitində təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyi, xilasedici vasitələr və s. barədə ətraflı məlumatlar vermişlər.

Tələbə-təcrübəçilərə ekspedisiya gəmisində su, dib çöküntüsü və bioloji-dəniz nümunələrinin götürülməsi üçün lazım olan qurğu və avadanlıqlar nümayiş etdirilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video