11 Noyabr 2021 18:00
1219
Elm və texnika
A- A+

Tələbələr arasında ilk dəfə keçiriləcək “EdTech Startap” müsabiqəsinə qeydiyyat yekunlaşır  

Təhsil Nazirliyi və “Edumedia” şirkətinin təşkilatçılığı ilə noyabr-dekabr aylarında tələbələr arasında keçiriləcək “EdTech Startap” müsabiqəsinə qeydiyyat yekunlaşır.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə qeydiyyat noyabrın 12-dək aparılacaq. Müsabiqənin keçirilməsi tələbələrin İKT və rəqəmsal təhsil sahələrinə olan marağının artırılması, təhsil sahəsində mövcud problemlər üzrə innovativ həll yollarının araşdırılması məqsədi daşıyır.

Azərbaycanın bütün ali təhsil müəssisələri üzrə bakalavr, magistratura və doktorantura təhsili alan tələbələr müsabiqədə iştirak edə bilərlər. Tələbələr komanda şəklində təhsil sahəsində mövcud olan bir problem seçib verilən müddət ərzində onun həllini təmin edən layihə üzərində işləyəcəklər.

Müsabiqə iki mərhələdən ibarətdir. Hər mərhələnin sonunda keçiriləcək qiymətləndirmədən sonra üç qalib komanda elan olunacaq.

Birinci mərhələdə tələbələr müəyyən mövzuda araşdırma aparıb öz layihə təklifini hazırlayacaq və onu qısa bir videoda təqdim edəcəklər. İlkin mərhələ bitdikdən və komandaların videoları qəbul olunduqdan sonra münsiflər heyəti həmin işlər arasında 10 ən yaxşı layihəni seçəcək. Bu mərhələdən keçən 10 komanda finala vəsiqə qazanacaq. Həmin komandalar onlar üçün təyin olunacaq mentorla işləmək şansını qazanacaq və final tədbirinədək öz layihələrini təkmilləşdirə biləcək. Final tədbirində komandalar öz layihələrini əyani şəkildə münsif heyətinə təqdim edəcək. Münsif heyətinin qiymətləndirməsindən sonra qaliblər elan olunacaq. Qaliblərə öz startap ideyalarını reallaşdırmaq üçün pul mükafatı veriləcək.

Müsabiqə haqqında daha ətraflı məlumat almaq üçün http://edtechstartup.az/ səhifəsinə müraciət etmək olar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video