13 Iyul 2021 17:03
970
Elm və texnika
A- A+

“Təhsilin rəqəmsallaşması: perspektivdə nə var?” mövzusunda panel müzakirə keçirilib  

İyulun 13-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “WorldSkills Azerbaijan” platforması tərəfindən ölkə səviyyəsində təşkil olunan veb-proqramlaşdırma üzrə yarışın bağlanış və təltifetmə mərasimi keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, mərasimi açan “WorldSkills Azerbaijan” platformasının texniki nümayəndəsi Ceyran Məmmədli qonaqlara veb-proqramlaşdırma yarışı və ümumilikdə “WorldSkills Azerbaijan” platforması haqqında məlumat verib.

Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Vüsal Xanlarov və “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundovun iştirakı ilə “Təhsilin rəqəmsallaşması: perspektivdə nə var?” mövzusunda panel müzakirə keçirilib. Müzakirədə XXI əsrdə rəqəmsallaşmanın təhsilin ayrılmaz hissəsinə çevrildiyi və bu prosesin ölkəmizdə də təhsilin bütün sahələrində müşahidə edildiyi vurğulanıb.

Mərasimin sonunda təhsil nazirinin müavini İdris İsayev veb-proqramlaşdırma yarışının qaliblərini mükafatlandırıb və onlara qiymətli hədiyyələr təqdim edib. Qeyd edək ki, yarışın qalibləri dünyanın ən nüfuzlu bacarıq olimpiadasında iştirak və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı qazanacaqlar.

Xatırladaq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı, “ATL Tech”, “ATL Academy” şirkətlərinin sponsorluğu, “AzEduNet” və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilati dəstəyilə baş tutan veb-proqramlaşdırma yarışı ölkəmizdə “WorldSkills” modelinə uyğun keçirilən ilk yarışdır. Yarışın test tapşırığı və qiymətləndirmə meyarları “WorldSkills” peşə standartları əsasında müəyyən edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video