11 Mart 2021 13:16
799
Təhsil
A- A+

Təhsil Nazirliyi: Macarıstanda təhsil üçün 200 namizəd təqdim olunub  

 

Hökumətlərarası təqaüd proqramları çərçivəsində 2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil almaq üçün müsahibə mərhələsindən toplanılan bala və hər bir ixtisas istiqaməti üzrə qarşı tərəfin ayırdığı kvotaya uyğun olaraq ilkin mərhələdə 200 nəfər əsas, 40 nəfər isə ehtiyat namizəd təqdim edilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, namizədliyi təqdim edilən şəxslərin böyük əksəriyyəti bakalavrdan sonrakı təhsil səviyyəsi, o cümlədən 163-ü magistratura, 26-sı isə doktorantura, 11-i bakalavr səviyyəsi üzrə olub.

Aşağıdakı 4 ixtisas istiqaməti üzrə rəqabət yuxarı olsa da, kənd təsərrüfatı və su idarəetməsi, turizm və yeni əlavə edilən səhiyyə elmləri ixtisas istiqamətləri üzrə rəqabətlilik aşağı olub:

- “İqtisadiyyat, biznes və idarəetmə” kvotası üzrə 50 yer üçün 300 nəfər;

- “Mühəndislik, informasiya texnologiyaları, texnologiyalar”ı kvotası üzrə 75 yer üçün 214 nəfər;

- Doktoranturada “istənilən maraq dairəsi” kvotası üzrə 25 yer üçün 46 nəfər;

- “Beynəlxalq münasibətlər” kvotası üzrə 5 yer üçün 19 nəfər.

Əvvəlki illərlə müqayisədə 2021-2022-ci tədris ili üçün ərizəçilərin sayının çox olması, bu ölkədə təhsilə marağın artması, eyni zamanda, nazirliyə olan çoxsaylı müraciətlər nəzərə alınaraq, ehtiyat namizədlərin kvotasının 80 nəfərə çatdırılması qarşı tərəflə razılaşdırılıb. Qeyd edək ki, ərizəçilərin yüksək akademik göstəriciləri onların müsahibə mərhələsinə buraxılışı üçün meyar hesab edilir.

Növbəti mərhələdə Macarıstan tərəfi iddiaçıların namizədliklərinin dəyərləndirilməsi məqsədilə müsahibə, sənədlərin qiymətləndirilməsi nəticəsində yekun qərarını bildirəcək.

2021-2022-ci tədris ili üçün Macarıstan təqaüd proqramına müraciət edən və namizədliyi növbəti mərhələ üçün qarşı tərəfə təqdim edilməyən şəxslərin nazirliyin təqdim etdiyi digər təqaüd proqramlarında iştirakı tövsiyə edilir.

Təhsil Nazirliyi diqqətə çatdırır ki, nazirlik xaricdə təhsil sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır. İddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd təqaüd proqramına seçim zamanı heç bir rol oynamır. Şirkətlərin vasitəçiliyi ilə Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı heç bir xüsusi üstünlüyə malik olmur. Vətəndaşlardan xahiş olunur ki, bu cür vədlərlə qarşılaşdıqları halda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti: 146 - 1) məlumat versinlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video