18 Iyun 2021 15:48
1166
Təhsil
A- A+

Təhsil naziri Təhsil Tələbə Krediti Fondu ilə bağlı sualları cavablandırıb

 

İyunun 18-də təhsil naziri Emin Əmrullayev Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı brifinq keçirib.

AZƏRTAC xəbər verir ki, brifinqdə təhsil naziri Fondun yaradılmasının əsas məqsədinin ali təhsilin hamı üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması olduğunu qeyd edib. Təhsil Tələbə Krediti Fondunun ali təhsil sahəsində mühüm dəyişikliklərə gətirib çıxaracağını deyən nazir vurğulayıb ki, bununla da sosial həssas qrupa aid olan şəxslərin ali təhsil almaq imkanları genişlənəcək.

Nazir bildirib ki, Fərmandan irəli gələn məsələlər müəyyən qaydalarla tənzimlənəcək. Kreditlər sosial həssas qrupdan olan tələbələr üçün nəzərdə tutulub. Bu qrupa aid olmayanlar üçün isə qaydalar açıqlanacaq. Müvəffəqiyyət göstəricisi olan və kredit alan tələbə ilə bağlı müvafiq güzəştlər nəzərə alınacaq. Kreditin məbləği təhsil haqqı məbləğindən artıq olmayacaq.

Təhsil naziri əlavə edib ki, növbəti tədris ilindən təhsil kreditlərinin verilməsi mümkün olacaq. Təhsil krediti hər tədris ili üzrə veriləcək. Fondun Nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub, amma gələcəkdə Fondun maliyyəsi artırıla bilər. Təhsil Tələbə Kredit Fondundan həm dövlət, həm də özəl təhsil müəssisəsində təhsil alan tələbələr istifadə edə bilər.

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video