30 Dekabr 2020 15:10
1039
Təhsil
A- A+

Təhsil naziri ilin yekunları ilə bağlı İctimai Şuranın üzləri ilə görüşüb  

Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə onlayn formatda görüş keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ilin yekunlarına həsr olunan görüşdə təhsil naziri işğaldan azad edilmiş torpaqlarımızda növbəti il üçün təhsil istiqamətində əhəmiyyətli işlərin planlaşdırıldığını qeyd edib. Nazir, eyni zamanda, İctimai Şuranın üzvləri ilə 2021-ci ildə nazirlik tərəfindən planlaşdırılan fəaliyyətlər barədə də fikirlərini bölüşüb.

Görüşdə iştirak edən İctimai Şuranın sədri Şahlar Əsgərov, təhsil nazirinin müşaviri Elnur Nəsibov, şura üzvləri Etibar Əliyev, Asif Cahangirov, Nadir İsrafilov, İlqar Orucov, Mirzə Cəfərzadə və Mais Əliyev 2020-ci ildə görülmüş işlər və 2021-ci ildə həyata keçirilməsi zəruri olan fəaliyyətlər barədə fikir mübadiləsi aparıblar.

Şura üzvləri nazirliyin 2020-ci ildə həyata keçirdiyi islahatlar barədə məlumatlandırılıb və bu işlərin mütəmadi olaraq ictimaiyyətə təqdim edilməsinin, eləcə də işğaldan azad olunmuş ərazilərdə təhsilin yenidən təşkili məsələlərində ictimaiyyətin də fəal iştirakının vacibliyi vurğulanıb.

Nazir Emin Əmrullayev 2021-ci ildə Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək islahat və tədbirlərin icrasında İctimai Şura ilə sıx əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video