12 Oktyabr 2021 23:08
1077
Təhsil
A- A+

Təhsil naziri Azərbaycan Texniki Universitetində “Cezeri Lab” laboratoriyası və “Code Academy” auditoriyaları ilə tanış olub

 

Təhsil naziri Emin Əmrullayev Azərbaycan Texniki Universitetdə (AzTU) olub. Bu barədə nazir feysbuk səhifəsində paylaşım edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, AzTU-nun rektoru Vilayət Vəliyev təhsil naziri Emin Əmrullayevə universitetdə həyata keçirilən yeni layihələr barədə məlumat verib. Daha sonra nazir AzTU-da yaradılan müasir laboratoriyalarla tanış olub. TİKA tərəfindən maliyyələşdirilmiş və yaxın günlərdə açılışı planlaşdırılan “Cezeri Lab” laboratoriyası ilə tanışlıq zamanı nazir burada fəaliyyət göstərən tələbələrin əl işlərinə də baxıb.

Təhsil naziri AzTU-da yaradılan “Code Academy” auditoriyaları ilə tanış olub və tələbələrlə söhbət edib.

Qeyd olunub ki, Təhsil Nazirliyi və “Code Academy” tərəfindən hazırlanan layihə ilk dəfə AzTU-da həyata keçirilir. Layihə çərçivəsində informasiya texnologiyaları və proqramlaşdırma sahələri üzrə təhsil alan III və IV kurs tələbələri “Code Academy” proqramı əsasında imtahandan keçib. Nəticədə 90 tələbə seçilib. Onlar AzTU-da yaradılan və müasir kompüterlərlə təchiz olunmuş “Code Academy” auditoriyalarında 4 ay müddətində müvafiq sahələr üzrə intensiv tədris alacaq.

Təhsil nazirinə AzTU-da yaradılan Logistika və Nəqliyyat İnstitutu barədə də məlumat verilib. Bildirilib ki, institutun nəzdində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün “CRENG Office” yaradılıb. “CRENG Office” ən müasir avadanlıqlarla təchiz olunub. Təhsil naziri Logistika və Nəqliyyat İnstitutunda “SABAH Magistratura” proqramında “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə təhsil alacaq tələbələr üçün yaradılan auditoriyalara da baxış keçirib. İnstitutun nəzdində yaradılan “AzTU Taxi” layihəsi ilə tanışlıq zamanı bildirilib ki, bu, nəqliyyat probleminin araşdırılması və həlli istiqamətində hazırlanan layihədir. Layihə çərçivəsində ilkin olaraq taksi sistemlərinin problemləri araşdırılacaq və həlli istiqamətində təkliflər təqdim ediləcək.

Universitetdə görülən işlərlə tanışlıqdan sonra nazir Emin Əmrullayev ali təhsilin magistratura səviyyəsi üçün həyata keçirilən “SABAH Magistratura” proqramına qəbul olunan tələbələrlə görüşüb. Bildirilib ki, AzTU-da “SABAH Magistratura” proqramı çərçivəsində “Logistika və nəqliyyat” ixtisaslaşmasına qəbul olunan 48 tələbənin ingilis dili bilik və bacarıqlarının yüksək səviyyədə inkişaf etdirilməsi və elmi-tədqiqat işlərinin aparılması sahəsində səriştələrinin formalaşması nəzərdə tutulub.

Daha sonra təhsil naziri Emin Əmrullayev çıxış edib. Nazir bildirib ki, “SABAH” qrupları” layihəsi kimi “SABAH Magistratura” proqramı da tələbələrin keyfiyyətli təhsil alması məqsədini daşıyır. Bu layihədən gözləntilərin böyük olduğunu qeyd edən nazir tələbələrə uğurlar arzulayıb.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video