16 Noyabr 2011 03:11
423
İQTİSADİYYAT
A- A+

Təbii qaz və enerji infrastrukturu qışın ilk sınağından necə çıxır

 

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin yaydığı məlumata görə, ölkənin qazpaylayıcı sistemi 2011-2012-ci illərin payız-qış mövsümünə hazırdır.

İB tərəfindən payız-qış mövsümünə hazırlıq çərçivəsində qazpaylayıcı şəbəkələrdə, qazpaylayıcı stansiyalarda və digər qaz obyektlərində yoxlama və təmir işləri görülüb. Məlumatda həmçinin bildirilir ki, təhküləsizlik baxımından hər şey yüksək səviyyədədir.

İstehlakçılar arasında qazın paylanması zamanı təhlükəsizliyin təmin olunması məsələsi təkcə payız-qış mövsümü çərçivəsində deyil, həm də "Azəriqaz" İstehsalat Birliyinin gündəlik işi baxımından vacibdir. O cümlədən, İB bu ayı qaz təsərrüfatında təhlükəsizlik ayı elan edib və ona görə də müəssisə öz fəaliyyətini daha da səfərbər edib.

"Bakıelektrikişəbəkə"dən də bildirilib ki, paytaxtın paylayıcı sistemi payız-qış mövsümünə hazırdır. Noyabrın 15-də isitmə mövsümünün başlanması paytaxtda elektrik enerjisinə tələbatı bir qədər azalda bilər. Lakin elektrik enerjisindən mənzillərin qızdırılması məqsədilə istifadə olunan binaların sayı hələ də çoxdur. "Odur ki, qış mövsümündə elektrik enerjisinə tələbat yenə də yüksək olur və biz bu tələbatı ödəməyə tam hazırıq" - deyə məlumatda göstərilir.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video